3. Buz və buz-duz ilə soyutma qurğuları
Buz və buz-duz ilə soyudan qurğulara buzxanalar, buz anbarları, qəfəsli (şəbəkəli) bölməli (cibli) və metal çənli soyuducular, eləcə də duzlu su dövr edən soyuducular daxildir.
3.1. Buzxana. Bu maye buzla soyudulan sadə stasionar binadır. Qışın sonunda bütün yay-yaz dövründə buzxanaların soyudulması üçün lazım olan qədər təbii buzla buzxanalar doldurulur (şək. 2). Buzxanalarda temperatur 4…8C və havanın nisbi rütubəti 90 % ətrafında saxlanılır.
Şək. 2. Buzxana:
A-tambur; Б-məhsul kamerası; В-buz şöbəsi; 1-soyudulmuş hava üçün pəncərə; 2-isinən havanın qaytarılması üçün pəncərə; 3-buz yükləmə pəncərəsi; 4-suyun axıdılması üçün boru
Daxilində və kənarlarında buzlar yerləşən buzxanalar geniş yayılmışdır. Buzxanaların xarici kənarının örtüyü istilik izolyasiyasına malikdir. Buz üçün şöbələr üzrə kameralara bölən divar nəmliyin düşməsinin qarşısını almaq üçün izolə edilir. Daxili divarda aşağıda və yuxarıda havanın dövr etməsi üçün pəncərələr qurulur. Bilavasitə buzla toxunmada hava soyudulur. Kameraların qabağında şimala tərəf çıxışı olan tambur qurulur.
Buzxanaların buzla doldurulması üçün xüsusi pəncərələrdən istifadə edilir. Buz üçün şöbələrdə ərimiş suyun qayıtması və axması üçün döşəmə maili, su keçirməyən düzəldilir. Döşəmənin üstündə qəfəslər (reşotkalar) və ya uzun çör-çöplər düzülür. Sonra buz havanın dövr etməsi üçün divardan bir qədər aralı, sıx düzülərək yığılır.
Dostları ilə paylaş: |