Mövzu 7: Maye və quru buzun istifadə edilməsi və istehsalı Fənn müəllimi: dos. Q. M. Allahverdiyeva


Buz-duz qarışığının fiziki xassələri



Yüklə 267,5 Kb.
səhifə7/11
tarix02.01.2022
ölçüsü267,5 Kb.
#38001
1   2   3   4   5   6   7   8   9   10   11
MÜHAZİRƏ- SOYUDUCULUQ TEX.-7

2.3. Buz-duz qarışığının fiziki xassələri. Buza duzların əla­və edil­məsində qarışığın ərimə temperaturu təmiz buzun əri­mə temperaturu ilə müqayisədə aşağı düşür. Müxtəlif duzların və müx­­təlif qüvvəli qarışıqların istifadə edilməsi ilə istənilən geniş hüdudda 0C-dən aşağı temperaturu almaq olar. Qarışığın tem­pe­raturunun aşağı düşməsi, qarışıqdan götürülən istiliyin udul­ma­sı ilə keçən bəzi duzların su ilə qarışması prosesində əldə edilir. Yer­lərdə buzun duzla toxunmasında qarışıq yaranır ki, bu qa­rı­şıq­lar duzların su ilə qarışmasında və buzun əriməsində istiliyin udul­­ması nəticəsində soyuyur. Bu zaman buz da 0-dan aşağı tem­pe­raturda soyuyur.

Buza duzların əlavə edilməsində qarışığın ərimə temperaturu, qa­rışığın ən aşağı ərimə temperaturu ilə xarakterizə olunan krio­hid­rat nöqtəsinə qədər aşağı düşür. Yenidən duzların əlavə edil­mə­sində ərimə temperaturu aşağı düşməyib, əksinə yüksəlir.

Müxtəlif duzlu qarışıqlı sulu məhlulun dondurulmasında krio­hid­rat nöqtə yaranır ki, bu zaman buz alınır və bu evtektiv buz ad­la­nır.


Yüklə 267,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin