1. Maye buz
Maye buz atmosfer şəraitində aşağıdakı xassələrlə xarakterizə olunur:
Ərimə temperaturu, tpl C 0
Ərimə istiliyi, pl kCoul/kq 335
İstilik keçiriciliyi, Vt/mK 2,2
Bütöv buzun sıxlığı, kq/m3 917
Buz parçasının həcmi kütləsi onun hissəciklərinin ölçülərindən asılı olaraq 500…600 kq/m3, qar buzununku isə 300…350 kq/m3-dir. Suyun donub buz halına keçməsində onun həcmi 9 % artır.
Atmosfer təzyiqində 0C temperaturlu buzun soyutma məhsuldarlığı onun ərimə istiliyindəkinə uyğundur (335 kCoul/kq). Əgər buzun temperaturu 0C-dən aşağıdırsa, onda onun məhsuldarlığı buzun 0C ərimə temperaturuna qədər qızdırılması üçün lazım olan istiliyin miqdarı qədər artır.
Keyfiyyətinə görə buzlar: bulanlıq, şəffaf, yeyinti və antiseptik, eləcə də, dəniz və distillə edilmiş sulardan olan buzlara ayrılırlar.
Əgər donan suda hava, duzlar, qum, lil şəklində qatışıqlar olursa, onda bu zaman bulanlıqlı buzlar əmələ gəlir.
Şəffaf buzlar hava və qatışıqlardan təmizlənmiş sulardan alınır. Şəffaf buzu qaynamış sulardan da almaq olar. Yeyinti (ərzaq) üçün olan buz içməli sulardan alınır. Belə buzlar şəffaf olmalıdırlar. Bunlardan restoranlarda, kafe və yeməkxanalarda ayrı-ayrı yeməklərin və içkilərin soyudulmasında və eləcə də ev şəraitində istifadə edilir.
Antiseptik buz (dezinfeksiya dərmanları) o sulardan hazırlanır ki, onların tərkibinə bakterial preparatlar daxil edilmiş olur. Bunlar üçün hətta antibiotiklər qəbul edilir.
Dəniz suyundan alınmış buzlar aşağı ərimə temperaturuna malik olurlar (-0,5C…-2C).
Dostları ilə paylaş: |