Mövzu 7: Maye və quru buzun istifadə edilməsi və istehsalı Fənn müəllimi: dos. Q. M. Allahverdiyeva


Buz və buz-duz ilə soyutma qurğuları



Yüklə 267,5 Kb.
səhifə8/11
tarix02.01.2022
ölçüsü267,5 Kb.
#38001
1   2   3   4   5   6   7   8   9   10   11
MÜHAZİRƏ- SOYUDUCULUQ TEX.-7

3. Buz və buz-duz ilə soyutma qurğuları

Buz və buz-duz ilə soyudan qurğulara buzxanalar, buz an­bar­la­rı, qəfəsli (şəbəkəli) bölməli (cibli) və metal çənli soyuducular, elə­cə də duzlu su dövr edən soyuducular daxildir.


3.1. Buzxana. Bu maye buzla soyudulan sadə stasionar bi­na­dır. Qı­şın sonunda bütün yay-yaz dövründə buzxanaların so­yu­dul­ma­sı üçün lazım olan qədər təbii buzla buzxanalar doldurulur (şək. 2). Buzxanalarda temperatur 4…8C və havanın nisbi rü­tu­­bəti 90 % ətrafında saxlanılır.


Şək. 2. Buzxana:

A-tambur; Б-məhsul kamerası; В-buz şöbəsi; 1-soyudulmuş hava üçün pən­­cərə; 2-isinən havanın qaytarılması üçün pəncərə; 3-buz yükləmə pən­cə­rəsi; 4-suyun axıdılması üçün boru


Daxilində və kənarlarında buzlar yerləşən buzxanalar geniş ya­yılmışdır. Buzxanaların xarici kənarının örtüyü istilik izol­ya­si­ya­sına malikdir. Buz üçün şöbələr üzrə kameralara bölən divar nəm­liyin düşməsinin qarşısını almaq üçün izolə edilir. Daxili di­var­da aşağıda və yuxarıda havanın dövr etməsi üçün pəncərələr qu­­rulur. Bilavasitə buzla toxunmada hava soyudulur. Kameraların qa­bağında şimala tərəf çıxışı olan tambur qurulur.

Buzxanaların buzla doldurulması üçün xüsusi pən­cərələrdən is­ti­fadə edilir. Buz üçün şöbələrdə ərimiş suyun qa­yıtması və ax­ma­sı üçün döşəmə maili, su keçirməyən dü­zəl­di­lir. Döşəmənin üs­­­tündə qəfəslər (reşotkalar) və ya uzun çör-çöp­lər düzülür. Son­ra buz havanın dövr etməsi üçün divar­dan bir qə­dər aralı, sıx dü­zü­lərək yığılır.




Yüklə 267,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin