2.Ali məktəbinfəaliyyət istiqamətləri
Ali məktəbin fəaliyyət istiqamətləri aşağıdakılardır:
-Dərin elmi biliyə, mütərəqqi dünyagörüşüə, mükəmməl ixtisas hazırlığına, yüksək erudisiyaya, mədəniyyətə malik vətəndaşlar yetişdirmək;
-Müxtəlif dərəcələrdən olan alitəhsilli mütəxəssislər hazırlamaq;
-Gəncləri elmi axtarışlara yönəltmək, onlarda təlim - idrak motivlərini formalaşdırmaq;
-Elmi - metodik ədəbiyyat, dərslik və tədris vəsaitləri hazırlamaq;
-Dövlət, müəssisə və müvafiq təşkilatların sifarişləri ilə kadr hazırlamaq üçün müqavilə bağlamaq;
-Elmi - pedaqoji və elmi kadrların attestasiyasını keçirmək;
-İxtisasartırma və kadrların yenidən hazırlanmasını təmin etmək;
-Xarici ölkələrin ali məktəbləri ilə əlaqə yaratmaq və s.
Magistratura pilləsində xüsusi elmi hazırlıq səviyyəsi, tədqiqatçılıq bacarıqları ilə fərqlənən məzunlar İxtisaslaşdırılmış Elmi Şuranın qərarı ilə üçüncü pillədə - doktoranturada saxlamağa məsləhət bilinir və müvafiq imtahanlardan sonra doktoranturaya qəbul edilir.
Sərbəst təhsil (özünütəhsil) insanın müstəqil surətdə öz işlərində işləməsi, müxtəlif vasitələrlə (bədii və elmi əsərlər, mətbuat, radio, televiziya, texniki vasitələr və s.) öz mədəni səviyyəsini artırması, dünyagörüşü dairəsini genişləndirməsi deməkdir.
Təhsil proqramı (kurikulum) dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir.
Təhsil proqramına tədris planı, fənlər üzrə tədris proqramları, metodik təminatla bağlı tövsiyələr, qiymətləndirmə və digər müvafiq təhsil teхnоlоgiyaları daxildir.
Əlavə təhsil, distant təhsil və digər хüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir.
Dostları ilə paylaş: |