3.Azərbaycan Respublikasının Təhsil Qanunu və təhsil sisteminin prinsiplərti
Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz хarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli priоritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlхalq kоnvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıхdığı digər beynəlхalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin priоritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya оlunaraq inkişaf edir.
Azərbaycan Respublikasında təhsil sistemiTəhsil Qanunu ilə idarə və tənzim olunur. Təhsil Qanunu vətəndaşların təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsi şərtlərini müəyyən edir. Təhsil Qanunu 19 iyun 2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunmiş, 5 sentyabr 2009-cu ildə qüvvəyə minmişdir.
Təhsil Qanunu6 fəsildənibarətdir.
“Ümumi müddəalar” adlanan I fəsildə əsas anlayışlar, təhsil sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi, təhsil sahəsində dövlət siyasəti, təhsilin əsas məqsədi, təhsildə fəaliyyət prinsipləri, vətəndaşların təhsil hüquqları, dövlət təhsil standartları, təlim dili və digər məsələlər şərh olunur;
II fəsildə Azərbaycan Respublikasının təhsil sisteminin quruluşu, təhsilin keyfiyyət səviyyəsi, təhsil proqramı(kurikulumu) təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər, təhsilalma formaları, təhsilin pillələri və səviyyələri və s. məsələlər işıqlandırılır;
Dostları ilə paylaş: |