Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri


Ali təhsil sahəsində inteqrasiya. Boloniya prosesi



Yüklə 0,49 Mb.
səhifə15/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   11   12   13   14   15   16   17   18   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

5.Ali təhsil sahəsində inteqrasiya. Boloniya prosesi.
Boloniya prosesi Dünyada gedən qloballaşma təhsil sahəsində də özünü göstərir. Azərbaycan təhsili, o cümlədən ali təhsil, dünyada gedən proseslərə daha sürətlə inteqrasiya olunur. Bu, müxtəlif sahələrdə – təhsilin məzmunundan, texnologiyalarından tutmuş idarəetmə sisteminədək özünü büruzə verir.

Boloniya prosesinə gedilən yol 1998-ci il mayın 25-də Fransanın Paris şəhərində Paris Universitetinin 800 illiyinə həsr olunmuş konfransda 4 Avropa ölkəsinin – Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın təhsil nazirləri “Avropada ali təhsil sisteminin uyğunlaşdırılması haqqında” Sorbona Bəyannaməsini qəbul etdikdən sonra başlamışdır.

1999-cu ilin iyun ayında 30 Avropa ölkəsinin təhsil nazirləri İtaliyanın Boloniya şəhərində ümumavropa təhsil sisteminin gələcək inkişaf tendensiyasını rəsmi surətdə təsdiqlədi.Boloniya prosesi Avropa təhsil zonasıyaratmağa, Avropa Birliyinə daxil olan ölkələrdə vahid ali təhsil sistemi, intellektual-mədəni əlaqələr sistemi formalaşdırmağa yönəlmişdir.

Azərbaycan 2005-ci il may ayının 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda Boloniya prosesinin həqiqi üzvü seçilmişdir.




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin