Təhsil strategiyası - təhsil fəlsəfəsinin struktur elementidir, onun prinsilərinə istinad edir, gənc nəslin müstəqil həyata hazırlığının nəzəriyyəsi və praktikası ilə bağlı məsələləri əhatə edir. Təhsil strategiyası dövlət siyasətinin son dərəcə mühüm sferası olmaqla dövlət siyasətinin məqsədləri ilə müəyyənləşir.
Strateji məqsədlər– pronozlaşdırılmış, uzunmüddətli məqsədlərdir. Təhsilin standartlaşdırılması və təhsil standartarının permanint (lat. permaneo - qalıram, davam edən, daimi) modernləşdirilməsi fikri artıq birmənalı şəkildə qəbul edilir.
Dövlətin təhsil strategiyası reallaşdırılarkən aşağıdakı prinsiplərə istinad edilməlidir.
-Təhsilin universal və fundamental xarakteri;
-Təhsil prosesində şəxsiyyətin fərdiləşdirilməsi və sosializasiyası (ictimailəşdirilməsi);
-Təhsilin kompotentliyi (professionallığı və əxlaqiliyi);
-Humanistləşdirmə və humanitarlaşdırma;
-Təhsildə milli və ümumbəşəri dəyərlərin vəhdəti
Təhsil strategiyasının universallığı və fundamentallığı prinsipi. Universallıq və fundamentallıq hər bir insanın və bütövlükdə hər bir sivilizasiyanın təhsil kimi, vahifd prosesin müxtəlif tərəfləridir. Universallıq - təhsili və onun strategiyasını miqyas, həcm, məişətə uyğunluq baxımından xarakterizə edir. Fundamentallıq - qanunların, proseslərin qavranılması və dərk edilməsini, məişətə nüfuz etməsini nəzərdə tutur. Universal ölçü olmadan fundamentallıq təhsildə və tərbiyədə nöqsanlara gətirib çıxarar.
Universal – fundamental strategiya müasir tarixi şəraitdə təhsilin bütün struktur elementlərinin inkişafını, insanın fiziki, mənəvi keyfiyyət və qabiliyyətlərinin vəhdətdə təşəkkülünü tələb edir. Bu, insanın özü - özü ilə, cəmiyyətlə, gerçəkliklə vəhdətdə ahəngdar inkişafından gedir. Bu strategiya ümumilik, obyktivlik və tamlıq prinsiplərindən ayrılmazdır və dövlətin təhsil siyasətinin əsasıdır.
Təhsildə şəxsiyyətin fərdiləşdirilməsi və sosializasiyası (ictimailəşdirilməsi) prinsipi. Şəxsi və sosial oriyentasiya (lat. orientis - şərq, frans. Orientation - şərqə istiqamətlənmə) dərin təhsilə tələbat deməkdir. İnsandan təcrid olunmuş sosiallaşma, eynilə sosiallaşma olmadan təbii kontekstdən xaricdə fərdiləşmə qeyri - adiliyə, antihumanizmə gətirib çıxara bilər. Sosial olanla (kollektivlə) fərdiyyətin (fərdin) ziddiyyətli vəhdəti ictimai tərəqqinin hətəkətverici başlanğıcıdır. Təhsilin şəxsiyyət yönümlülüyü hər bir insanın ahəngdar, təbii, sosial və fərdi inikişafını təmin edir. Sosial və fərdi inkişaf isə cəmiyyətdə tarazlıq yaradır. Fərdiyyət mahiyyət etibarı ilə ünuminin, universalın, fundamentalın, obyektivliyin bu və ya digər şəxsdə unikal (nadir) təzahürüdür. İnsan ümuminin (qrupun, kollektivin, cəmiyyətin, dünyanın) bir hissəsidir, məhz ümumiyə münasibətdə - o, fərddir.
Dostları ilə paylaş: |