Hal-əhval tutmaq məqamında: Əhvalınız necədir? Necə dolanırsınız?;Güzəranınız necədir?; Xanımınız necədir?; Həyat yoldaşınız necədir?; Özünüzü necə hiss edirsiniz? və s.
Öyrənmək məqsədilə verilən suala cavab məqamında: Buyurun, soruşun; Lütfən buyurun; Sizə məmnuniyyətlə cavab verməyə hazıram; Bu mənim üçün xoşdur; Bu, mənim vəzifə borcumdur; Bu dəqiqə öyrənib sizə deyərəm; Bir dəqiqə gözləyin, öyrənim; Cavabım sizi qane etdimi? Daha nəyi bilmək istəyirsiniz?; Bağışlayın, bu barədə məlumatım azdır (yoxdur); Xeyr, tanımıram; Yaxşı tanımıram; Xeyr, bilmirəm.