2. Tembr, səs tonu, vurğu
İfadəliliyin ən incə və mürəkkəb vasitələrindən biri də tembrdir. Tembr
fransız sözü olub, zınqırov deməkdir. Tembr tələffüzdə əlavə səslərin (obertonların) köməkliyi ilə yaranır. Əlavə səslər əsas səsi qüvvətlən
dirir, ona xüsusi rəng verir. Tembr vasitəsilə biz müxtəlif musiqi alətlərinin (tar, kamança, piano, gitara, qarmon və s.) səslərini birbirindən
fərqləndirir, hər hansı bir tanışı üzünü görmədən (məsələn, telefon vasitəsilə) səsindən tanıya bilirik. Tembr danışanın əhval-ruhiyyəsindən, onun insan, əşya və hadisələrə münasibətindən asılı olaraq dəyişir. Danışanın fərdin fiziki göstəriciləri və səciyyəvi
psixoloji xüsusiyyətləri də (xəstəliyi sağlamlığı, bədbəxtliyi, xoşbəxtliyi və s.) səs tembrində “oxunur”.
Fikir həm məzmun və forma, həm də ideya məntiqi əsaslar üzərində qurulmalıdır. Natiq nitqini qurarkən orfoepiyanın normalarını və ünsürlərini nəzərə almalıdır. Bu ünsürlər isə aşağıdakılardır:
Fasilə (pauza)
Vurğu
Ahəngdarlıq (buna melodiya da deyirlər)
Sürət (buna temp də deyirlər)
Bu dörd ünsürə riayət edən natiq nümunəvi nitqə nail ola bilir. Fasilə nitq prosesində mühüm rol oynayır. Bəzən fasilə durğu işarələri hesabına edilir. Lakin şifahi nitqdə fasilə mənaya görə edilir. Çünki şifahi nitqdə orfoqrafik işarələr görünmür. Natiq cümlənin mənasına əsasən fasilədən istifadə edir. Fasilə nitqin ikimənalılığını aradan qaldırır, xitabların, ara sözlərin, müqayisə edilən birgə sözlərin düzgün işlənməsini təmin edir. Natiq nitqində həm heca vurğusuna, həm məntiqi vurğuya, həm həyəcanlı vurğuya qarşı diqqətli olmalı, müəyyən məna çalarlığını dərindən bilməlidir. Natiq həm güclü vurğuya (ona dinamik vurğu deyilir), həm də avazlı vurğuya (buna tonik vurğu deyilir) düzgün əməl etməlidir. Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan dilində sabit vurğudur. Natiq onu da bilməlidir ki, dilimizdə işlənən şəkilçilər vurğunu qəbul edir və sözdə vurğunun yeri dəyişir. Burada vurğu qəbul edən şəkilçilər nəzərdə tutulur (dilimizdə vurğu qəbul etməyən şəkilçilər də var). Məsələn: Yaz-ı-çı-lıq-dan, iş-çi-lər-dən, tək-mil-ləş-dir-il-miş-lər-dən və sair. Misallardan aydın olur ki, vurğu şəkilçilərin artırılması ilə əlaqədar yerini dəyişir. Natiq vurğu qəbul etməyən şəkilçiləri də bilməlidir. Əks təqdirdə sözlərin mənasını düzgün ifadə edə bilməz. Məsələn: alma-alma, çəkmə-çəkmə, vurma-vurma və s. Nitq müəyyən hissələrə bölünməklə bərabər, müəyyən bir nizam ilə təkrar edilirsə, ahəng təsiri yaranacaqdır. Əgər mənzum misralar mütəmadi olaraq uzanan mənsur bir parça ilə yanaşı qoyulursa, müvazinət, nizam, ahəng görünməyə bilər. Lakin eyni misralar bir ölçüdə olmaqla bərabər, müəyyən pauzalar (fasilələr) və durğularla davam edərsə, səslərin bu nizamlı əlaqəsindən mütləq ahəng doğacaqdır.
Dostları ilə paylaş: |