Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 262,64 Kb.
səhifə117/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   113   114   115   116   117   118   119   120   ...   142
1634046683046 Mühazirələr 1

Zəngin biliklər


Siz nə dərəcədə məlumatlısınız, yəni konkret elm sahəsində bilik səviyyəniz? Şirkətinizlə nə dərəcədə tanışsınız? Öz sahənizi?  Rəqiblərlə müqayisədə öz şirkətinizin zəif və güclü tərəflərini necə? Təcrübənizə rəğbət bəsləyən və şirkətiniz haqqında məlumatlanmaq istəyən insanlar qəbulunuzda çoxmu olur? Bəlkə sizinlə eyni səviyyədə olan menecerlər, rəislər, ümumiyyətlə əməkdaşlarınız sizin dərin olmayan biliklərinizə görə sizdən uzaq gəzirlər? Yoldaşlarınızda və əməkdaşlarınızda sizə qarşı hörmət və inam yaradan dərin biliklərə maliksinizmi, yoxsa kənardan kiminsə “Mən bu işi daha yaxşı icra edərdim” sözlərini eşidirsiniz?

Əgər siz hesab edirsiniz ki, biliklərinizin dərinliyi sizin imicə heç cür təsir etmir, deməli yanılırsınız. İşlədiyiniz şirkət və sahə haqqında daha çox öyrənməyə çalışın. Siyasəti və korporativ qaydaları ətraflı öyrənin.  Şirkətinizin buraxdığı məhsulu və personalı yaxşı-yaxşı öyrənin. Şirkətin vəziyyətini və sahənin inkişaf istiqamətlərini  tədqiq edin, rəqiblər arasında sizin şirkətin reytinqini aydınlaşdırın. Təklif olunan istənilın tədris proqramlarından istifadə edin. Biliklərinizi dərinləşdirərək hər şeydən məlumatı olan insan imici qazanaraq rəhbərliyn hörmətin olacaqsınız.



Savad

Bu ideya sizin savadınızdan, eləcə də fəaliyyət sahənizdən savayı digər maraqlarda insanlarla ünsiyyət qabiliyyətinizi nəzərdə tutur. Məsələn, şənbə günü gedən futbol oyununda kim udmuşdur? Dünyada hansı son xəbərlər var? Siz dəbdə olan hansı film və kitablarla tanışsınız? İnsanlarla onları maraqlandıran məsələlər barədə danışa bilirsinizmi?

Öz biliklərinizi genişləndirərək başqa insanlarla qarşılıqlı münasibət qurmaq sizə asan olacaq. Söhbətin mövzusunu yalnız özünüzə maraqlı olan tərəfə yönəltməyin, bununla siz ünsiyyətdə olduğunuz insanlara özlərini rahat hiss etməyə imkan verəcəksiniz. Siz insanlarla onları maraqlandıran mövzularda söhbət etdikdə onlar özlərini daha sərbəst hiss edəcək. İnsanlar sizinlə danışmağa can atacaqlar. Onlar hiss edəcək ki, sizinlə aralarında nə isə ümumi cəhətlər var. Tədqiqatlar göstərir ki, insanlarda ümumi cəhətlər çox olduqca, onlar bir-birinə daha çox simpatiya göstərir. Beləliklə, bilik sahənizi genişləndirməklə, ən müxtəlif insanlara olan təsir dairənizi artıracaqsınız.

Biliklərinizin genişləndirilməsi məsuliyyəti tam olaraq sizin üzərinə düşür. Biz sizə gündəlik olaraq yerli mətbuatı mütaliə etməyi tövsiyə edirik. Yalnız idman xronikasını, moda və reklam elanlarını oxumaqla kifayətlənməyin. Hamısını oxuyun! Mütaliəyə əlavə olaraq həftədə bir dəfə aparıcı informasiya jurnallarını oxumağa çalışın. Bu, sizə ölkədə və dünyada baş verən hadisələrdən xəbərdar olmağa imkan verəcək və təhsil, humanitar elmlər, idman, kitablar, kino barədə bəzi əlavə biliklər əldə etməyə kömək edər. İl ərzində öz maraq sahənizə aid olmayan heç olmasa iki kitab oxumağa çalışın. Bu zaman həm belletristika, həm də bədii olmayan ədəbiyyat oxumağa cəhd edin.

Səmərəsiz hesab olunan işlərə münasib vaxt ayırın: vanna qəbulu, üz qırxma, makiyaj, işə getmə, işdən gəlmə, xörəyin bişirilməsi, evlərin yığışdırılması və s. Bu vaxt ərzində televizora baxmaq (radio dinləmək), audiokitabları və ya tədris materiallarını da dinləmək mümkündür. Nəhayət, əgər siz bütün yeniliklərdən məlumatlı deyilsinizsə və ya başqasının danışdığından xəbəriniz yoxdursa, müzakirə mövzusuna maraq göstərin, suallar verin. Unutmayın ki, biliyin zənginləşdirilməsi təhsil, kitab mütaliəsi, dinləmə və başqa insanlarla ünsiyyət zamanı daha asan qavranılır.


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin