Çeviklik
Çeviklik – digər insanlarla daha yaxşı münasibət qurmaq üçün sizin hərəkətlərinizi uyğunlaşdırmaq bacarığınızdır. Siz sürətli tonda ünsiyyətdə olduğunuz və bu həmin adam üçün narahatlıq yaradan digər insanla ünsiyyəti ləngidəndə çeviklik göstərmiş olursunuz. Siz dərhal əsas məsələyə keçmək əvəzinə vaxtınızı şəxsi tarixçənizi danışmaq üçün sərf edəndə də çeviklik göstərirsiniz. Siz səbr edib söhbəti qarşınızdakı insanın səviyyəsinə endirəndə də çeviklik nümayiş etdirirsiniz. Siz məsələni adətən olduğundan daha ətraflı açdıqda da çeviklik göstərirsiniz. Siz başqalarının şəxsi və peşəkar tələbatlarını yerinə yetirməyə çalışanda da çevikliyinizi sübut edirsiniz.
Çeviklik ona görə vacibdir ki, bütün insanlar fərqlidir və onların hər birinə fərqli yanaşmaq lazımdır. Əgər siz hamıya eyni cür yanaşırsızsa, onlar özlərini narahat hiss edəcək, bu isə gərginliyin artmasına səbəb olacaq, sizə olan etibarın səviyyəsinə mənfi təsir edəcək
Həvəs
Estrada artislərindən kimi daha çox bəyənirsiniz? Təsəvvür edin ki, bu gün axşam sevimli artisti görmək üçün onun konsertinə gedirsiniz. Biletin biri 25 dollardır. Siz hələ heç nə görmədən 50 dollar verib öz dostunuzla konsertə gəlir, yerlərinizdə oturursunuz. Pərdə arxasından çıxan artisti görən zal alqış sədalarından cuşa gəlir.
Adətən konsert zamanı ifaçı 12-15 mahnı oxuyur. Müğənni səhnəyə çıxır, mikrofona yaxınlaşıb oxumağa başlayır. O, on beş mahnı oxuyur. Bu, ömrünüzdə eşitdiyiniz ən yaxşı ifadır. Lakin o mahnıları fasiləsiz, auditoriya ilə heç bir əlaqə qurmadan ifa edir. On beşinci mahnının sonunda artist tamaşaçılara onunla görüşə gəldiklərinə görə təşəkkür edir və səhnəni tərk edir. Necə fikirləşirsiniz, bu konsertdən zövq alacaqsınızmı?
Siz pərişan olacaqsınız ki, artist öz auditoriyası ilə ünsiyyət yaratmadı, həmrəylik nümayiş etmədi və tamaşaçıya heç bir maraq göstərmədi. Baxmayaraq ki, müğənni 15 mahnının hamısını çox yaxşı ifa etdi, siz özünüzü aldanmış kimi hiss edəcəksiniz. Əgər ifaçı auditoriyaya qarşı bir qədər ruh yüksəkliyi və səmimilik göstərsəydi, çox güman ki, siz özünüzü tanmamilə başqa cür hiss edərdiniz. Yəqin ki, siz ona heyran olardınız.
Heç ağlınıza gəlib ki, siz öz işinizə, əməkdaşlarınıza şirkətinizə qarşı maraqsızlıq nümayiş etdirdikdə həmkarlarınız bunu başa düşür? Əgər istəyirsiniz ki, kolleqalarınız nikbin olsun, siz əvvəl özünüz bunu onlara aşılamalısınız. Bu, öz-özünə baş vermir. Ruh yüksəkliyi xəstəlik kimidir – başqaları da ona yoluxur. Siz özünüzə, həmkarlarınıza və şirkətinizə qarşı ruh yüksəkliyi nümayiş etdirirsinizsə, bu, istər-istəməz əməkdaşlarınıza da keçəcək. Gec və ya tez, onlar da pozitivlik hiss edəcəklər. Əgər siz inam nümayiş etdirmirsinizsə, nəticədə sizin əməkdaşlara bu aydın olacaq, onlar da öz növbəsində özlərinə, həmkarlarına, işə və şirkətə qarşı laqeyd olacaqlar.
Dostları ilə paylaş: |