Mövzu: “Azərbaycan dilində işgüzar və akade


Bədən dilinin özgüvən inam, güc, qorxu, narahatlıq, həyəcan ifadə etməsi



Yüklə 262,64 Kb.
səhifə121/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   117   118   119   120   121   122   123   124   ...   142
1634046683046 Mühazirələr 1

4.Bədən dilinin özgüvən inam, güc, qorxu, narahatlıq, həyəcan ifadə etməsi

Bədən, daxili dünyamızı bərk-bərk qucaqlayan bir əlcəkdir və duyğular,düşüncələr bədən dili ilə aydınlaşırlar. Ən qədim dövrlərdə belə, şifahi nitq yox ikən, “bədən dili” vardı. Bədən dili vasitəçiliyi ilə insanlar duyğularını, düşüncələrini, istəklərini, ehtiyaclarını və ruhi zənginliklərini başqa insanlarla bölüşürlər. Beləcə insanlar, öz daxili aləmlərini büruzə verərək, birgə yaşadıqları insanların içindəkilərlə əlaqədar mühüm məlumatlara sahiblənirlər. Adamda duyğular dəyişərkən, onun əhvalı “bədən dili”ndə əks olunarmı? O an nə hiss ediriksə, üzümüzdəki mimikalarla, əllərimizlə, ayaqlarımızla, duruşumuzla bu duyğularımızı çölə ötürərik. Məsələn, iş yerində yaxşı münasibətdə olduğumuz bir iş yoldaşımıza hirslənməyimiz, arxamızı çevirib getməyimiz, həyata keçirilməsi çox çətin olan bir işin altında girdiyimizi bildirər. “Bədən dili”ni gizlətmək mümkündürmü? Bədən dilinin təhsildə tətbiqi lazımdırmı? Təhsildə “bədən dili”nin faydası, ünsiyyətdə olduğu qədərdir. Ünsiyyətdə söyləmədiyimiz şeylər, söylədiyimiz şeylər qədər əhəmiyyətlidir. Tədris zamanı müəllimlərin, fərqində olmadan bədən dili vasitəsi ilə mesajlar çatdırırlar: “Siz mənim üçün vacibsiniz. Sizin dərslərinizin öhdəsindən gələcəyinizə inanıram və sizə güvənirəm. Bu görə də, sizinlə birlikdəyəm və yanınızdayam. Sizdən adam olmayacaq. İstər öyrənin, istər öyrənməyin məni maraqlandırmır. İmtahanda mən sizə göstərərəm.” Müəllimlər həm də, tələbələrinin “bədən dili” vasitəsi ilə verdikləri mesajları yaxşı oxumalıdırlar. Tələbələrin izah edilənlərə maraq göstərib-göstərmədiklərini, dərsi anlayıb-anlamadıqlarını, sinifin motivasiyasını, dərsdən sıxılıb-sıxılmadıqlarını anlamaq, sinifə diqqətlə baxan bir müəllim üçün asan olmalıdır. Təhlükə zamanı qorxan adam, bədən dilini istifadə edərək bunu gizləyə bilərmi? Bədən dili duyğuları ələ verər, ancaq hansı əlamətlərin hansı duyğularla bərabərləşdiyini söyləmək çətindir. Qorxu, həyəcan, çaxnaşma, hirs və digər neqativ duyğuların hamısı səs tellərinin gərilməsinə və səsin yüksəlməsinə səbəb olur. Qorxu halında qaşlar qalxar, alında üfüqi, düz xətlər meydana gələr. Alt göz qapaqlarında gözlə seziləcək dərəcədə gərginlik yaranar və ürpərmə, nəbzin sürətlənməsi, tərləmə, titrəmə reaksiyaları müşahidə edilər. Adamın ani və dəhşətli qorxu yaradan vəziyyətlərdə qorxusunu bədən dili ilə gizlətməsi çox çətindir. Əlində silah olan bir adamın və ya vəhşi pələngin üzərimizə gəlməsi vəziyyətində bədən dilimizi istifadə etməyi deyil, həyatımızı qurtarmağı düşünürük. Əyləncə mərkəzlərindəki atraksionlarda, sürətli qatarla çox yüksəkdən və sürətlə aşağıya doğru enən insanların üz ifadələrini xatırlayırsınızmı? Qorxunun şiddəti daha az olanda, məsələn, üzərimizə hürə-hürə gələn bir it görəndə və ya gecə qəbiristanlığın yanından keçəndə qorxsaq belə, yanımızdakı adamlara qorxmadığımızı göstərmək üçün davranışlarımıza nəzarət edə bilərik və bu bizdə pis alınmaz. Ancaq vaxt keçdikcə duyğularımızı ələ vermək məcburiyyətində qalırıq.


 

Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin