3. Ünsiyyətdə bədən dilinin əhəmiyyəti
Ünsiyyət fəaliyyətini təmin edən ən əhəmiyyətli vasitə bədən dilidir.Bədən dili vasitəsilə qarşınızdakının davranışlarından onun düşüncələrini belə anlaya bilərsiniz.
Bədən dili üzərindəki araşdırmalar 1970-ci illərə təsadüf edir.Bu elmi araşdırmalar yeni olsa da,əldə edilən tapıntılar və axtarışlar kifayət qədər çoxdur.Elmi araşdırmalara görə bir mesajın 7%-ni şifahi ,38%-ni səs (səs tonu,səsin yüksəlib alçalması və digər səslər),qalan 55%-ni isə bədən dili təşkil edir.
Məsələn,yalan danışılan zaman insanı ələ verəcək yeganə vasitə hərəkətlərdir.Yalan danışılan zaman burun qaşımaq,əli üzə aparmaq kimi makro hərəkətlərə nəzarət edə bilmələrinə baxmayaraq,göz bəbəyinin böyüməsi,yanaqların qızaması kimi mikro hərəkətlərə mane ola bilmir.Bun agörə də ən yaxşı yalan danışma şəkli telefonda uğurlu alınır.Başqa bir misal çəkək,satıcılara müştərinin satılan malı ala bilməyəcəyinin səbəbi izah edildikdə onun ovuclarına baxmağı öyrədilir.Əsl səbəblər ovuclar açıq olduqda bilinir.
Dostları ilə paylaş: |