Şəxsi gigiyena və zahiri görünüş məsələlərindən də yan keçmək olmaz. Bunlar sizin vizit kartınızdır, lakin çoxları buna laqeyd yanaşır. Tutduğu vəzifədən asılı olmayaraq işlədiyiniz təşkilatda nə qədər adamın dırnaqlarının çirkli olmasını müşahidə etmisiniz? Yaxaya və ya pencəyə qonmuş kəpəyə ne deyərsiz? Bəs kişilərin qulaqlarından və burunlarından çıxan tüklər necə? Həddən artıq kosmetikadan, ətriyyatdan, geldən, lakdan istifadə edən qadınları bəyənirsinizmi? Nahardan sonra ağzından sarımsaq və ya soğan, alkoqol iyi gələn insanlarla söhbət etmisinizmi? Özünüz belə səhvlər etmisinizmi? Siz özünüzün qayğısına həmişə qalırsınızmı və insanlarda hansı təsiri bəxş edirsiniz?
Sizin geyim tərziniz böyük əhəmiyyət daşıyır və başqa insanların sizi necə qəbul edəcəyinə təsir edir. Yəqin ki, geyim insanı yaratmır, lakin onun necə şəxsiyyət olması barədə sabit təsəvvür yaradır. Ona görə də, sizin başa düşməyiniz vacibdir ki, geyim tərzinizlə insanlara özünüz haqda bir çox məqamları bildirirsiniz.
Geyim – imic yaratmağın güclü amilidir. Onu diqqətlə düşünsəniz, müsbət reaksiya doğura bilərsiniz. Bu, başqa insanlarla qarşılıqlı münasibətlərdə sizin uğura olan şansınızı yüksəldəcək. Vəzifə pilləkəni ilə yuxarı irəliləmək üçün siz geyim vasitəsilə ətrafınıza hörmət və uğur işığı yaymalısınız.
Dostları ilə paylaş: |