Mövzu: “Azərbaycan dilində işgüzar və akade


Durğu işarələrinin intonasiyada rolu



Yüklə 262,64 Kb.
səhifə113/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   109   110   111   112   113   114   115   116   ...   142
1634046683046 Mühazirələr 1

6.Durğu işarələrinin intonasiyada rolu

Melodiya ilə durğu işarələri arasındakı münasibət fasilə ilə durğu işarələri arasındakı münasibətin demək olar ki, eynidir. Belə ki: 


1.Vergül bütün hallarda nitq tonunun yüksəlməsini tələb edir. 
2.Nöqtədə səs tonu aşağı enir. 
3.Nöqtəlivergülün  melodiyası  nöqtənin  melodiyasına  yaxındır.  Bu 
işarə qoyulan yerdə səs tonu bir qədər aşağı enir. 
4.İki nöqtədə səsin tonu alçalır. 
5.Tire  və  mötərizə  ilə  cümlənin  digər  üzvlərindən  ayrılan  sözlər  enən intonasiya  ilə  oxunur.  Bu  işarədən  sonra  gələn  söz  mötərizədən,  tiredən  əvvəlki sözün intonasiyasına uyğun şəkildə deyilir və oxunur. 
  Sual, nida işarəsi qoyulmuş cümlələr yüksək səs tonu ilə tələffüz olunur.

 
 Mövzu: Akademik kommunikasiya prosesində imic (bədən dili, jest, mimika və geyim tələbləri)

Plan:

1.İmic haqqında məlumat

2.Ünsiyyətdə bədən dilinin əhəmiyyəti

3.Bədən dilinin özgüvən, inam, güc ifadə etməsi

4.Qorxu, narahatlıq, həyəcan ifadə etməsi

5.Jest və mimikadan düzgün istifadə

6.Vəziyyətə və şəraitə uyğun geyim tələbləri.

1.İmic haqqında məlumat



İctimai imic və reputasiya nə ictimaiyyətdə, nə özəl sektorda, nə də ki, siyasətdə yeni bir anlayış deyil. Yüksək imic hər sahədə fəaliyyət göstərən qurum və insanlar üçün önəmli məsələdir. İnsanlar öz təsəvvürlərində müsbət imic yaratmış məhsulları alırlar. Müsbət imicə sahib olan siyasətçilərə səs verirlər. Yüksək reputasiyaya sahib olan şirkətlərdə və ya dövlət qurumlarında çalışmağa can atırlar.

Olduqca nadir sayda insan səsvermədə iştirak etməzdən əvvəl siyasətçinin seçki proqramını oxuyur. İnsanlar adətən tanıdıqları və güvəndikləri siyasətçilərə səs verirlər. Onlar həmçinin tanıdıqları və güvəndikləri şirkətlərin məhsullarını alırlar. Şirkətlər də həmçinin tanıdıqları və güvəndikləri şirkətlərlə işbirliyi qururlar.

İstər dövlət müəssisəsi olsun, istərsə də özəl müəssisə, istərsə də siyasətçi və ictimai xadim: hər birinin müsbət imicə ehtiyacı var. Müsbət imic dövlət qurumlarına cəmiyyətin inamını təmin etdiyi kimi, özəl şirkətlərə də bir sıra üstünlüklər qazandırır. Şirkət haqqında ictimai rəy müsbətdirsə, deməli yaxşı imicə sahibdir. İmic anlayışı tək cəmiyyətlə məhdudlaşmır. Şirkət xaricində də, şirkət daxilində də müsbət imicə sahib olmaq şirkətin ən böyük qazancıdır.

İctimaiyyətlə Əlaqələr (PR) ilə imic yaratmaq sənətidir. Sözsüz ki, hər bir təklilat, hətta ayrı-ayrı fərdlər üçün yüksək imic olduqca faydalıdır. Əgər sizin yüksək imiciniz varsa, sizinlə əməkdaşlıq etməyə çalışırlar, sizə güzəştə gedirlər və istehsal etdiyiniz məhsulu arxayınlıqla alırlar. Belə bir imici yaratmaq üçün hədəf kütlə ilə təşkilat arasında qarşılıqlı anlayışı təmin etmək, qarşılıqlı etimad, sayğı və sosial məsuliyyət hissini formalaşdırmaq gərəkdir. Bu isə öz növbəsində araşdırmalar aparmaq, məlumat toplamaq və cəmiyyətlə ünsiyyətin mövcud olan alətlərindən istifadə etmək lazımdır. Əgər bir biznes qurumu öz hədəf kütləsini özü ilə eyni tərzdə düşünməsini təmin edə bilirsə, deməli, yekun etibarilə həmin qurumun qazancları da artmış olacaq.




Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin