Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 262,64 Kb.
səhifə110/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   106   107   108   109   110   111   112   113   ...   142
1634046683046 Mühazirələr 1

4Nitqin sürəti

Sürət şifahi nitqin dinləyiciyə çatdırılmasında mühüm rol oynayır. Natiq fikrini şərh edərkən tələsməməli, aramla çıxış etməlidir. Natiqin səsi, intonasiyası və zahiri əlamətləri haqqında fikir söyləyən K. Əliyev Siserona istinad edərək yazır:

«Natiqin fikrincə, təbiətin bağışladığı şaqraq və xoş təsir göstərən səsdən məqamına görə və məharətlə istifadə etmək lazımdır. Bir qədər sonra qeyd edir ki, səsin, nəfəsin, bədən üzvlərinin, nəhayət, dilin məşqi üçün elmi qaydaları öyrənmək yox, zəhmət çəkib öz üzərində yorulmadan çalışmaq lazımdır. Yumşaq səs, üzün təvazökar görünüşü, ruhu oxşayan nitq natiqin köməyinə çatır. Kəskin çıxış edəndə üzünün zahiri cizgilərini — mimikasını elə nəzərə çarpdırmalısan ki, tamaşaçılar sənin məcburiyyət qarşısında qaldığını dərhal hiss etsinlər.

Kim natiq olmaq istəyirsə, o, qəzəbli məqamlarda gərgin səslə, sakit axında yumşaq səslə, tərəddüd göstərəndə ona uyğun intonasiya ilə öz fikrini ifadə etməlidir.»

Zənnimcə, həmin sitat səsin nitqdə rolunu əks etdirsə də, müəyyən məqamlarda natiqə hadisələrin iştirakçısı olmağı tövsiyə edən Siseron səsin tempinin, sürətinin də hadisəyə uyğun qurulmasını məsləhət görür.

«Yüksək nitq mədəniyyəti insanın ümumi inkişafında xüsusi rol oynayır. İstər məzmun, istərsə də zahiri cəhətdən düzgün olan nitq fikrin təsirli ifadə olunmasına xidmət edir. Buna görə də «yüksək və zəngin nitq mədəniyyəti olmadan böyük fikirləri və hadisələri ifadə etmək, həm də füsunkar bir təsirlə ifadə etmək mümkün deyildir.» (S.Vurğun).




Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin