Mövzu: “Azərbaycan dilində işgüzar və akade


Məntiqi və psixoloji fasilə



Yüklə 262,64 Kb.
səhifə111/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   107   108   109   110   111   112   113   114   ...   142
1634046683046 Mühazirələr 1

4. Məntiqi və psixoloji fasilə

Orfoqrafiyanı yaxşı bilməyən natiq nitqini hazırlayarkən (yazılı nitq nəzərdə tutulur) ciddi çətinliklərlə qarşılaşır. Məsələn, savadsız yazılan nitq oxu qaydalarını çətinləşdirir. Diktor, tələbə, aktyor, kimliyindən asılı olmayaraq hər bir kəs yazılı nitqi dinləyicilər üçün oxuyur. Ona görə də cümlənin mənasını onun durğu işarələri ilə müəyyən edir. Ədəbi dilimizdə işlənən durğu işarələrinin zənginliyi nitqin gözəl səslənməsini, pauzanı, fikir bitkinliyini, istehzanı, yarımçıq qalmış fikri, yeni fikrə keçilməsini, fikrin ümumiləşdirilməsini, defislə yazılmasını, sual cümlələrini, hiss-həyəcan ifadə edən nidaları, nəqli cümlələri, əmr, xahiş, nəsihəti, arzunu, istəyi, qarğışı, nifrəti, qorxunu, kədər ifadə edən sözlərin işlənməsində hansı durğu işarələrindən istifadə olunmasını dəqiqliyi ilə bilməlidir. Əks təqdirdə, intonasiya ilə yaranan sual cümləsi nəqli cümlə kimi və yaxud əmr cümləsi kimi oxunar. Fikrin necə ifadə olunması dolaşıqlıq yaradar. Məhz, bu qaydalar fikrin aydın və düzgün ifadə olunmasına şərait yaradır. Nitqin yazılı qolunu təşkil edən orfoqrafiya qaydaları gec dəyişir, bu da onun dərk olunmasına, hamı tərəfindən öyrənilməsinə köməklik göstərir. Bəzi natiqlər sözlərin ixtisarını düzgün ifadə edə bilmirlər. Yəni onlar orfoqrafik qaydanı bilmədiyi üçün qısaldılmış sözü düz ifadə edə bilmir.

Məsələn, natiq bilməlidir ki, əgər qısaldılmış söz bütövlükdə samit səslərdən ibarətdirsə, onda hərfin adı ilə ifadə olunmur (be, ve, qe, ğe, de və s; bura sonorlar daxil edilmir, bu səslər el, em, en,er oxunur). Əgər ixtisar sait və samitlərin birləşməsindən əmələ gəlmişsə, onda hərflərin adı ilə oxunur. Fikrimizi yenə misallarla ifadə edək: APU — Azərbaycan Pedaqoji Universiteti, BDU — Bakı Dövlət Universiteti, ADİİ -Azərbaycan Dövlət İqtisad Universiteti və s. hətta natiq tanış olmadığı mətni oxuyarkən, durğu işarələrinin sonda işlənməsi cümlənin düzgün oxunmasını çətinləşdirir. Natiq cümlədəki mənanı düzgün tuta bilmir və nəticədə səhvə yol verir.

Məsələn:


  • Atan gəldi. (nəqli cümlə).

  • Atan gəldi? (sual cümləsi).

  • Atan gəldi! (nida cümləsi).


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin