Təskinlik vermək, razı salmaq məqamında: Bir qədər ətraflı düşünün; Əsəbiləşməyin; Darıxmayın; İcazə verin danışım; İmkan verin fikrimi izah edim; Özünüzü ələ alın; Səbr edin; Bir qədər səbrli olun; Nə etmək olar, qismət belə imiş və s.
İntizama dəvət, məzəmmət etmə:Sizdən bu hərəkəti gözləməzdim; Belə hərəkət sizə yaraşmaz; Siz adınıza layiq hərəkət etməlisiniz; Danışığınıza fikir verin; Allah xatirinə razı olun; Nəzakətli olun; Çalışın ki, başqaları sizdən razı qalsın; Bir qədər səmimi olun, səhvinizi etiraf etməkdən çəkinməyin və s.