Kömək etmək, qulluq göstərmək məqsədilə: İcazə verin kömək edim; Siz əziyyət çəkməyin, bunu mən edərəm; Qulluğunda olum; Sizə kömək etmək lazımdır?; Köməyə ehtiyacınız varmı?; Mən sizi eşidirəm; Cavab verməyə tələsməyin, bir qədər fikirləşin; Sizi narahat edən nədir?; Sizə nə kömək edə bilərəm?; Nə buyurursunuz? və s.
İş gördürmək, soruşmaq, üzrxahlıq etmək məqsədilə: İnciməyin, sizə zəhmət verəcəyəm; əgər mümkünsə; zəhmət olmasa; Buyruq olmasın; vaxtınız varsa; imkanınız olsa; Sizə əziyyət olacaq; Sizi yormayım; Rica edirəm danışın; Lütfən söyləyin; Üzr istəyirəm; Əvvəlcədən minnətdarlığımı bildirirəm və s.