2. Nəzakətli rəftar və daxili təbiət
Nəzakətli danışıq, eləcə də onu tamamlayan hərəkətlər də başqa normalar kimi müəyyən sistemə malikdir. Bura nitqin müraciət, dinləmə, sualvermə, söhbətəqoşulma, suala cavabvermə, şad və bəd xəbəri çatdırma və s. qaydaları kimi komponentlər daxildir. Nəzakətli nitq, hərəkət, davranış mədəniyyətimizin çox mühüm amillərindəndir. Bu hərəkətlər şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsi, nizamlanması və inkişafında həmişə mühüm əhəmiyyət kəsb etmiş, insanların mədəniyyətinin və mənəviyyatının ümumi səviyyəsi haqqında təsəvvür yaratmışdır. Müstəqillik qazandığımız, adamların öz ana dilində ünsiyyət saxladığı indiki dövrdə nəzakətli danışıq qaydalarına əməl etmək xüsusilə vacib sayılır. Vətənimizi, ölkəmizi, xalqımızı sivil, mədəni bir ölkə, xalq kimi dünyaya tanıtmaqda digər amillərlə yanaşı, mədəni danışığın, yüksək nitq mədəniyyətinin də rolu böyükdür. Bu baxımdan respublikamızın prezidenti İ.Əliyevin çıxışları, nitqləri hamıya nümunədir. İ.Əliyev cənabları Avropa Şurası Parlament Assambleyasının 2004-cü il yay sessiyasının iclasında çıxış etdikdən sonra Şuranın sədri Piter Şuder dinlədiyi nitqlə bağlı demişdi: “Cənab Prezident, olduqca gözəl çıxışınıza görə sağ olun. Assambleya və Avropa Şurasına ünvanladığınız nəzakətli sözlərə görə sağ olun”. Adamlar həmişə, hər yerdə mədəni ünsiyyətinə, nəzakətli danışığına görə təqdir olunmuş, müsahibinin (və ya müsahiblərinin) nəzakətli sözləri, ifadələri ilə “mükafatlandırılmışlar”. Nitqin etik qaydalarından danışılarkən bu məsələ ilə bağlı olan, onu tamamlayan nəzakətli hərəkətlər barəsində də bəhs açmağa ehtiyac duyulur. Nəzakətli hərəkət, rəftar, davranış mənəviyyatımızın çox mühüm komponentlərindən biridir. İctimai-mədəni irsimizin nəsildən-nəslə keçən, qorunub saxlanılan davranış normaları, ənənələri şəxsiyyətlərarası münasibətlərin tənzim olunmasında, nizamlanmasında və inkişafında həmişə mühüm əhəmiyyət kəsb 211 etmiş, korrekt davranış xalqın mənəviyyatının ümumi səviyyəsi haqqında təsəvvür yaratmışdır. İnsanlar nəzakətli hərəkətləri görmüş və əxz etmişlər. Bu hərəkətlərlə (böyük gələndə ayağa durmaq, nəqliyyatda və digər yerlərdə böyüyə, uşağa, qadına yer vermək, danışanı axıracan dinləmək, ictimai yerlərdə - məclisdə, süfrə başında, yığıncaqlarda özünü aparmağı bacarmaq, ağsaqqalların, valideynlərin yolunu gözləmək, böyüyün üzünə ağ olmamaq, əlilə, xəstəyə, şikəstə kömək etmək, salam vermək və salam almaq, böyük olan yerdə siqaret çəkməmək, yayılıb oturmamaq və s. hər kəs başqalarına hörmət etdiyini nümayiş etdirməyə çalışır.
Dostları ilə paylaş: |