Əzizləmə, yalvarış məqsədilə: “Canım qurban”, “baş üstə”, “Göz üstə yerin var”, “qurban olum”, “quzum”, “sonam”, “dilbərim”, “ağrın alım”, “canım qurban”, “başına dönüm” və s.
Danışmağa başlamaq məqamında: İcazənizlə fikrimi bildirim. Mənə söz verdiyiniz üçün minnətdaram. Məni dinlədiyiniz üçün təşəkkür edirəm və s.
Deyilənlərlə razılaşmaq, mübahisədən imtina etmək məqamında: Bu məsələyə hazır deyiləm. Sizin fikrinizə şərikəm. Məsələ mənə aydındır. Bu barədə söhbət açmağa ehtiyac duymuram.
Məsləhət vermək məqamında: Bunları nəzərə alsanız, yaxşı olar. Bu, sizin xeyrinizədir. Bu, sizə başucalığı gətirər. Çalışın müsahibinizi axıra qədər dinləyə biləsiniz və s.
Məsləhəti qəbul etmək məqamında: Dediklərinizlə razıyam. Bunlar mənim xeyrimədir. Faydalı məsləhətiniz üçün çox sağ olun. Sizin bu xeyirxah məsləhətinizi heç vaxt unutmaram. Sizin təklifinizi qəbul edirəm. Çalışacağam ki, dediklərinizə əməl edim. Sizin üçün bu işi etməyə çox şad olardım və s.