5. Nitqin melodikliyi.
Nitq zamanı səs gah alçalır, gah da yüksəlir. Səsin müəyyən intervalda alçalıb qalxması musiqidə olduğu kimi, nitqdə də melodikliyi əmələ gətirir. Nitqin bu keyfiyyəti hissi halların ifadəsi kimi meydana çıxır. Həyatda temperamentsiz, hissiz adamların nitqi melodiklik baxımından zəif olur.İnsanın emosional həssaslığı nə qədər çox olarsa, onun nitqinin melodik ifadəliliyi bir o qədər zəngin olar. Cümləyə məxsus melodiya məntiqi və psixoloji olmaqla iki funksiyanı yerinə yetirir. Məntiqi funksiyalı cümlə melodiyasında melodik dəyişikliyin hamısı bir cümlə daxilində baş verir, yəni cümlənin əvvəlində fikrin inkişafı ilə əlaqədar səs tonu yüksəlirsə, cümlənin sonuna doğru alçalmağa başlayır. Səs tonunun qalxması bütün hallarda nitqə bütövlük verir. Əksinə, səsin alçalması nitqi müəyyən hissələrə bölür. Məsələn; Mən çox çalışdım, o yola gəlmədi. Birinci cümlədə məntiqi vurğu çalışdım, ikinci cümlədə isə yola gəlmədi sözlərinin üzərinə düşmüşdür. Hər iki cümlə müstəqildir və müəyyən söz qrupundan ibarətdir. Ayrıayrılıqda cümlələrin melodiyası əvvəl yüksək olduğu halda, sona doğru tədricən alçalır. Cümlədə səs tonunun qalxması və enməsi arasında müəyyən bir nöqtə - kulminasiya nöqtəsi olur ki, həmin nöqtə səs tonunun ən yüksək yoxuşunun başa çatdığını və enmənin başlandığını göstərir. Məsələn; Mərcan nənə onların motor gurultusunu seçməsə də, atdıqları bombanı səsindən tanıyırdı (M.Cəlal). Birinci cümlədə məntiqi vurğu seçməsə də, ikinci cümlədə isə tanıyırdı xəbərinin üzərinə düşür. Əvvəlinci cümlənin xəbərində səs tonu ən yüksək nöqtəyə qalxır vəikinci cümlədə birdən-birə enən xətlə düşməyə başlayır. Bu cümlədə səsin yuxarıdan aşağıya doğru enməsini çaya atılan daşla müqayisə etmək olar. Daş sudan
keçib onun dibinə düşür, nitqin melodikliyi tələb edir ki, danışan və dinləyən bu “dibi”aydın hiss edə bilsin.
Dostları ilə paylaş: |