2.İmicin elementləri
İmic çoxlu sayda elementlərdən ibarətdir. Onlardan altı ən vacibi – sizin haqqınızda ilk təəssürat, biliklərinizin genişliyi və dərinliyi, çevikliyiniz, nikbinliyiniz və səmimiliyiniz.
İlk təəssürat
Bura geyim, səs, səliqəlilik, əl vermə, vizual kontakt və qamət aiddir. Bu amillərdən hər birindən istifadə başqa insanlarda sizin haqqınızda təəssürat yaradır. Bəxş etdiyiniz ilk müsbət təsir insanlarla gələcəkdə ünsiyyəti daha asan və rahat edir. Mənfi təəssürat digərləri ilə münasibətləri başlamadan qıra bilər. Bəzi insanlar xoşagəlməyən ilk təsiri dəf edə bilirlər. Bir çoxları isə başqalarında yaranan mənfi təəssüratı dəyişməyə cəhd etmədən təslim olurlar. Tədqiqatlar göstərir ki, ətrafdakıların reaksiyasını dəyişmək üçün imicinizdəki bəzi detalları yaxşılaşdırmalısınız, məsələn, əl vermə – inamlı və inandırıcı olmalıdır. Sanki əli sındıracaqmış kimi var qüvvə ilə əl sıxanlar, zəif və inamsız əl verənlər kimi neqativ təsir göstərirlər. Əmin olun ki, qarşı tərəfin əlini uzun müddət saxlamırsınız. Əl vermə zamanı qarşı tərəflə vizual kontakt qurun. Bu münasibətlərin möhkəmlənməsinə kömək edir.
İnsanlara salamlaşmazdan əvvəl, onlar sizin yerişinizə və duruşunuza diqqət yetirirlər. Onlar həmçinin sizin geyiminizə və səligənizə də baxırlar. Oturuşunuza və duruşunuza fikir verin – qeyri-adi hərəkətlər etməyin. Məğrur yerişli, ayaqqabılarını sürtə-sürtə addımlayan və ya tullana-tullana gəzən insanlar həmsöhbətlərinə mənfi təsir göstərir. Eyni ilə, siz kresloda, ayaqlarınızı aşırıb əyləşmişsinizsə, və ya hər hansı qeyri-adi tərzdə oturmusunuzsa, yenə pis təəssürat oyadacaqsınız. Artıq hərəkətlərdən çəkinin. Düz əyləşin və gərginlik duymadan hərəkət edin.
Dostları ilə paylaş: |