Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 262,64 Kb.
səhifə116/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   112   113   114   115   116   117   118   119   ...   142
1634046683046 Mühazirələr 1

Nüfuz və uğur təəssüratı bağışlamaq üçün mümkün olan yerlərdə mühafizəkarcasına geyinin. Təbii liflərdən olan parçalardan hazırlanmış geyimlər almağa çalışın. Bu, sizə uzun müddət xidmət edəcək və siz daha yaxşı görünəcəksiniz. Bura yun və ya pambıq kostyumları, pambıq və ipək köynəkləri, qalstukları, şərfləri, həmçinin təbii dəridən olan ayaqqabı, kəmər və portfelləri aid etmək olar. Geyiminizin rəngləri, modelləri və üslubu da mühafizəkar olmalıdır. Köynək və koftalar üçün ağ, mavi və yumşaq əlvan tonlar, həmçinin mühafizəkar dama-dama və nazik miləmil parçalar tövsiyə olunur. Kostyumların münasib rəngləri – boz, göy və bej rəngin müxtəlif çalarlarıdır. Geyim əyninizdə yaxşı qalmalı və münasib tərzdə olmalıdır.

Biz bütün bu tövsiyələrə riayət edən, lakin hər şeyi uyğunlaşdırmağı bacarmayan və buna görə də zəif təəssürat doğuran insanları da görmüşük. Yəqin ki, siz də nazik milləri olan kostyum, damalı köynək və naxışlı qalstuk geyinən birini görmüsünüz. Başqalarına təqdim edəcəyiniz imicin ahəngini yaratmaq üçün siz geyiminizin elementlərini bir-birinə düzgün uyğunlaşdırmağı öyrənməlisiniz. Əmin olun ki, rənglər bir-birinə uyğundur. Qalstukunuz və şərfiniz kostyumun/və ya köynəyin rənginə uyğun olmalıdır. Kişilərin corabları ayaqqabı və kostyumla ahəngdə olmalıdır. Nüfuzlu və uğurlu insanın imicinin yekun cəhəti kimi kostyuma yaraşan uzunqol köynək və ya bluz tövsiyə olunur. Daş-qaş və aksessuarlar sadə və funksional olmalıdır. Bu tip imic sizi əməkdaşlarınızın nəzərində daha da hörmətli edəcək. Əgər nüfuzlu və uğurlu imicə maliksinizsə, deməli göstəriş və tövsiyələriniz təcili və dəqiq yerinə yetiriləcəkdir.



Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin