Mövzu: “Azərbaycan dilində işgüzar və akade


Mövzu: Sosial şəbəkələrdə işgüzar kommunikasiya



Yüklə 262,64 Kb.
səhifə124/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   120   121   122   123   124   125   126   127   ...   142
1634046683046 Mühazirələr 1

Mövzu: Sosial şəbəkələrdə işgüzar kommunikasiya

Plan:


1.Sosial şəbəkələrin işgüzar kommunikasiyada rolu

2.Sosial şəbəkələrin əhəmiyyəti

3.Qısaltma və simvollardan istifadə.

4.Verbal ünsiyyət

5.Qeyri -verbal ünsiyyət

6. Sosial şəbəkələrdə ünsiyyət mədəniyyəti



1.Sosial şəbəkələrin işgüzar kommunikasiyada rolu

“Sosial şəbəkə” anlayışının özü hələ 1954-cü ildə yaranmışdır, mənası müasir mənasından uzaq anlamda idi. Ceyms Barnsın verdiyi tərifə görə “Sosial şəbəkə” – “sosial obyektlərdən (insan və ya təşkilatlardan) və onlar arasındakı əlaqələrdən (yəni, sosial qarşılıqlı münasibətlərdən) ibarət kəsişmə nöqtələrindən təşkil olunan sosial strukturdur”. Bəsit dildə desək, sosial şəbəkə – öz aralarında tanış olan insan qrupudur. Müasir dünyada internet vasitəsi ilə əlaqə saxlamaq artıq gündəlik həyat normasına çevrilmişdir. Hazırda sosial şəbəkələrin sayı çoxalmaqdadır. 2008-ci ildən başlayaraq istifadəçilərə müxtəlif imkanlar təklif edən yeni növlər meydana gəldi. Bununla əlaqədar olaraq sosial şəbəkələri bir neçə təsnifat tipinə ayırmaq olar. Ən sadə təsnifat üsulu – tip üzrə təsnifatdır. Təklif etdikləri imkanlar baxımından bir neçə sosial şəbəkə qrupunu ayırd etmək olar: – Şəxsi ünsiyyət (Classmates.com) – İşgüzar ünsiyyət (LinkedIn) – Xəbərlər (Reddit) – Video (YouTube) – Audio (Last.fm) – Foto (Flickr) – Əyləncə (MySpace) – Əlfəcin (Delicious) – Bazarlıq (Groupon) – Blogginq (Tumblr) – Geolokasiya (Foursquare) – Sual-cavab xidmətləri (Answers.com) – Virtual



aləmlər (Second Life) – Tematik resurslar (Slashdot) İnkişaf etməkdə olan texnologiya həyatımızın böyük bir hissəsinə sirayət etməkdədir. Virtual məkan genişləndikcə, internetdə mövcud olan sosial şəbəkələrin də sayı artır. Danılmaz faktdır ki, bu şəbəkələrin əsas istifadəçi kütləsi gənc nəslin nümayəndələridir. Bu səbəbdən də gündəlik həyatımızda sosial şəbəkələrin müsbət tərəflərini müşahidə etsək də, kifayət qədər mənfi tərəflərini də görürük. Sosial şəbəkə – istənilən vaxt və istənilən yerdə lazım olan insanı tapmaq və ona lazımi informasiyanı ona çatdırmaq üçün ən tez işləyən vasitədir ki, bu da gənc mədəniyyət işçiləri üçün çox vacibdir. Hər hansı sosial şəbəkədə akkauntun olması, məsələn, başqa ölkədən olan insanla əlaqə saxlamaq lazım olanda xüsusi ilə qiymətlidir. Belə situasiyada qənaət etməklə ucuz vasitədən istifadə zəminində işin keyfiyyətini təmin edəcəklər. İkincisi, həmsöhbəti seçmək imkanı yaranır. Bu o deməkdir ki, sosial şəbəkə maraqlar üzrə dostlar tapmaq üçün operativ fürsət verir. Məsələn, əgər şahmatla maraqlanırsınızsa, kitab və ya kino həvəskarısınızsa, hər hansı idman növü ilə məşğul olursunuzsa, o zaman sizinlə eyni maraqları paylaşan insanları burada tapa bilər, başqalarının fikrini öyrənə, bu və ya digər məsələ ilə bağlı məsləhət ala, eləcə də işgüzar görüş və birlikdə vaxt keçirmək barədə razılaşa bilərsiniz. Üçüncüsü isə hadisələrin və yeniliklərin mərkəzində olmaq imkanıdır. Sosial şəbəkələr – yeniliklərin yayılma sürətində bir inqilabdır. Hal-hazırda bir çox xəbər təşkilatları birlikdə xəbər toplamaq və yaymaq üçün sosial şəbəkələrlə tərəfdaşlıq əlaqələri yaradır. Öz akkauntunuzda xəbər səhifəsini vərəqləməklə hər an dünyada baş verənlərdən xəbərdar ola bilərsiniz. İnternet qlobal kompüter şəbəkəsinin inkişafı insan həyatının və fəaliyyətinin ən müxtəlif sahələrinə təsir göstərir. İnternetin mədəniyyətlərarası interaktiv ünsiyyət (kommunikasiya) vasitəsi kimi öyrənilməsi, mədəniyyətlərarası əlaqələrin keyfiyyətinin artırılması imkanlarının öyrənilməsi zərurəti yaranır. Bu baxımdan internetin gənclər arasında mədəniyyətlərarası ünsiyyətə təsirinin, eləcə də gənclərin mədəniyyətinə təsirinin xüsusiyyətlərinin tədqiqi mühüm əhəmiyyət kəsb edir. İnternetin inkişafı müxtəlif auditoriyaların mədəniyyətinin, birləşməsinin və inteqrasiyasının, onların dünya mədəniyyətinin nailiyyətlərinə uyğunlaşdırılmasının intensiv yayılmasının mümkünlüyü haqqında məsələni qaldırmağa imkan verir. Bununla əlaqədar olaraq mədəniyyətə aid informasiya yeni bir şəkildə yayılır və fəaliyyət göstərir. Mədəni və bədii dəyərlərin ekvivalent və hərtərəfli şəkildə yayılması və paylaşdırılması imkanı yaranır. Mədəniyyətlərarası kommunikasiya baxımından bu, informasiyanın internetə maksimal nüfuz etməsinə nail olmağa imkan verir, yəni hər bir internetistifadəçisi nəinki öz informasiyasını yerləşdirə, həmçinin oxuyuculardan “cavab” (əks əlaqə) ala, mübahisə edə, onların fikrini öyrənə, forumlarda müzakirələr apara bilir.


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin