Mövzu: “Azərbaycan dilində işgüzar və akade


Jest və mimikadan düzgün istifadə



Yüklə 262,64 Kb.
səhifə122/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   118   119   120   121   122   123   124   125   ...   142
1634046683046 Mühazirələr 1

5.Jest və mimikadan düzgün istifadə

Mütəxəssislər məsləhət verir. Hər bir jesti etməzdən əvvəl yüz ölçüb, bir dəfə düşünün. Tövsiyələr aşağıdakılardır:

1 - Qollarınızı və qıçlarınızı çarpazlamayın: Bu hərəkət müdafiə deməkdir. Qollarınızı da qıçlarınızı da sərbəst buraxmalısınız. Çox yayılmadan, təbii ki!

2 - Göz kontaktı qurun, amma gözünüzü dikib baxmadan: Danışdığınız insanların gözlərinə baxın. Bu, onların sizə inanmasını təmin edir. Amma çox diqqətli və gözünüzü ayırmadan baxmamağa çalışın; çünki bu, həmsöhbətinizi narahat edə bilər.

3 - Özünüzə aid bir yeriniz olmasından çəkinməyin: Rahat oturun, köşənizdə büzülməyin, "oturduğum, ya da gözlədiyim bu yer hələlik mənimdir" imici yaradın. Qollarınız, qıçlarınız, qamətiniz süni deyil, rahat olsun.

4 - Çiyinlərinizi rahat buraxın: Gərgin olduğumuz zaman ağır bir yük götürmüş kimi çiynimizi aşağı salarıq. Bu bitmiş, tükənmiş və çarəsiz görünməyimizə səbəb olar. Çiyinlərinizi bir müddət önə - arxaya hərəkət etdirərək rahatlaşdırın, çiyinləriniz və boynunuz dik olsun. Təbii ki, həddini aşmadan və süniliyə qaçmadan ...

5 - Həmsöhbətinizi anladığınızı göstərin: Qarşınızdakı adam danışarkən onu dinlədiyinizi göstərmək üçün başınızla təsdiqləyin. Amma şişirtməyin, yoxsa Ağacdələn Woody damğası yeyərsiniz.

6 - Başınızı dik saxlayın: Amma süni deyil rahat və təbii bir şəkildə

7 - Həmsöhbətinizə yönəlin: Qarşınızdakı adamın sözlərinə əhəmiyyət verdiyinizi müəyyən etmək üçün ona yönəlin və yüngülcə ona doğru əyilin. Bu əsnada rahat olduğunuzu göstərmək üçün də ara-sıra arxanıza söykənin. Çox önə əyilməyiniz təsdiq gözlədiyiniz və ya çarəsiz olduğunuz, çox arxaya yaslanmağınız da tərs və məsafəli olduğunuz mesajını verər.

8 - Gülümsəyin: Bəzi şeyləri xəfifə almağı bilin; hadisələrin arxa üzündəki yumor istiqamətini görün. Rahat olun, gülümsəyin. Müsbət olsanız insanlar sizi dinləməyə daha könüllü olarlar. Amma öz zarafatlarınıza gülən ilk adam siz olmayın. Bu, çarəsiz və narahat olduğunuzu göstərir. Bir adamla tanış olduğunuzda da gülümsəməyə laqeyd yanaşmayın, amma bu gülümsəmə üzünüzə yapışmasın, əks halda səmimi görünməz.

9 - Üzünüzə toxunmayın: Bu narahat olduğunuzu, eyni zamanda diqqətinizin dağıldığını göstərir.

10 - Gözləriniz yerə deyil, qarşıya baxsın: Yerə və ya həmsöhbətiniz xaricində ətrafdakı başqa şeylərə baxmayın. Başınız dik, gözləriniz qarşıda olsun; amma önünüzü görə bilməyəcək qədər də uzaqda deyil ...

11 - Sakit olun, tələskən davranmayın: sürətiniz çox şeyi izah edər. Məsələn, yavaş-yavaş gəzirsinizsə bu, sizi sakit, özünə inamlı və stressiz göstərir. Deyək ki, birisi sizə səslənir, boynunuzu sürətlə birdən o yana çevirmək yerinə yavaş və sakit bir şəkildə yönəlsəniz, daha özündən əmin bir duruş sərgiləyərsiniz.

12 - Çox tərpənməyin: Barmaqlarınızı və boynunuzu şaqqıldatmaq, ya da masaya vurmaq, qıçlarınızı yelləmək kimi gərginliyinizi müəyyən edən bu tip hərəkətlərdən çəkinin. Bu imicinizi zədələməklə qalmaz, qarşınızdakı adamın diqqətinin dağılıb narahat olmasına gətirib çıxarar.

13 - Əllərinizdən inamlı bir formada istifadə edin: Əllərinizi üzünüzdə gəzdirmək və ya bir yerə vurmaq yerinə onlardan danışığınızı gücləndirici vasitələr olaraq istifadə edin. İzah etdiklərinizin təsirini artırmaq üçün şişirtməyə qaçmadan əllərinizlə açıqlamalarınıza güc qatın. İzah etdiyiniz bir şeyin böyüklüyünü, təsirini ifadə etmək üçün uyğun əl hərəkətlərindən istifadə edə bilərsiniz. Ancaq əllərinizin oradan oraya sovrulmasının qarşısını alın, onları idarə etməyi bilin.

14 - İçkinizi sinənizin aşağısında saxlayın: Söhbət əsnasında əlinizdə çay, qəhvə, ya da meyvə suyu kimi bir içki varsa, bunu sinə xəttində, ya da çənənizə yaxın bir yerdə tutmaq sizi müdafiəçi və məsafəli bir adam olaraq göstərər. Stəkanı daha aşağılarda, məsələn bel nahiyənizdə saxlayın.

15 - Onurğanızın harada bitdiyinin fərqində olun: Çoxumuz üzümüzü dik tutub başımızı önə əyərək dik oturduğumuzu sanırıq. Ancaq onurğamız zənn etdiyimiz kimi boynumuzda deyil daha yuxarıda, başımızın arxa qismində bitir. Oturuşunuzda bu məlumatı fikrinizdə tutun və belinizlə birgə başınızı da dik saxlayın.

16 - Həmsöhbətinizlə aranızdakı məsafəni tarazlayın: Qarşınızdakı adamla aranızdakı məsafə 1 metrdən az olmasın. Bu məsafə yaxınlıq dərəcəsinə və danışılan mövzuya görə dəyişər, amma təkrarlanan qayda budur. Həmsöhbətinizin fərdi sahəsinə daxil olmayın, əks halda sıxılmasına və diqqətinin dağılmasına gətirib çıxararsınız. Bu halda uzun bir söhbət də xəyal olar.

17 - Yamsılayın: Həmsöhbətimizlə aramızda yaxşı bir ünsiyyət meydana gəlmişsə, fərqinə varmasaq da, bir-birimizin bədən hərəkətlərini yamsılayarıq. Siz də bunu bir qayda halına gətirin. Həmsöhbətiniz sizə doğru əyilmişsə, siz də əyilin, sizə gülümsəyirsə, siz də gülümsəyin. Təbii ki, həddindən artığa qaçmadan! Amma hər hərəkətini dərhal ardınca təkrarlamaq qəribə bir atmosfer yaradacaq. Burada da ölçünü qaçırmamağa fikir verin.

18 - Müsbət yanaşma sərgiləyin: Müsbət, açıq və rahat olun. Hiss etdiyiniz hər şey bədən dilinizə, oradan da həmsöhbətinizə əks olunur. Buna görə də duyğularınızı istiqamətləndirin, müsbət düşüncələr bəsləyin.


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin