6.Durğu işarələrinin intonasiyada rolu
Melodiya ilə durğu işarələri arasındakı münasibət fasilə ilə durğu işarələri arasındakı münasibətin demək olar ki, eynidir. Belə ki:
1.Vergül bütün hallarda nitq tonunun yüksəlməsini tələb edir.
2.Nöqtədə səs tonu aşağı enir.
3.Nöqtəlivergülün melodiyası nöqtənin melodiyasına yaxındır. Bu
işarə qoyulan yerdə səs tonu bir qədər aşağı enir.
4.İki nöqtədə səsin tonu alçalır.
5.Tire və mötərizə ilə cümlənin digər üzvlərindən ayrılan sözlər enən intonasiya ilə oxunur. Bu işarədən sonra gələn söz mötərizədən, tiredən əvvəlki sözün intonasiyasına uyğun şəkildə deyilir və oxunur.
Sual, nida işarəsi qoyulmuş cümlələr yüksək səs tonu ilə tələffüz olunur.
Mövzu: Akademik kommunikasiya prosesində imic (bədən dili, jest, mimika və geyim tələbləri)
Plan:
1.İmic haqqında məlumat
2.Ünsiyyətdə bədən dilinin əhəmiyyəti
3.Bədən dilinin özgüvən, inam, güc ifadə etməsi
4.Qorxu, narahatlıq, həyəcan ifadə etməsi
5.Jest və mimikadan düzgün istifadə
6.Vəziyyətə və şəraitə uyğun geyim tələbləri.
1.İmic haqqında məlumat
İctimai imic və reputasiya nə ictimaiyyətdə, nə özəl sektorda, nə də ki, siyasətdə yeni bir anlayış deyil. Yüksək imic hər sahədə fəaliyyət göstərən qurum və insanlar üçün önəmli məsələdir. İnsanlar öz təsəvvürlərində müsbət imic yaratmış məhsulları alırlar. Müsbət imicə sahib olan siyasətçilərə səs verirlər. Yüksək reputasiyaya sahib olan şirkətlərdə və ya dövlət qurumlarında çalışmağa can atırlar.
Olduqca nadir sayda insan səsvermədə iştirak etməzdən əvvəl siyasətçinin seçki proqramını oxuyur. İnsanlar adətən tanıdıqları və güvəndikləri siyasətçilərə səs verirlər. Onlar həmçinin tanıdıqları və güvəndikləri şirkətlərin məhsullarını alırlar. Şirkətlər də həmçinin tanıdıqları və güvəndikləri şirkətlərlə işbirliyi qururlar.
İstər dövlət müəssisəsi olsun, istərsə də özəl müəssisə, istərsə də siyasətçi və ictimai xadim: hər birinin müsbət imicə ehtiyacı var. Müsbət imic dövlət qurumlarına cəmiyyətin inamını təmin etdiyi kimi, özəl şirkətlərə də bir sıra üstünlüklər qazandırır. Şirkət haqqında ictimai rəy müsbətdirsə, deməli yaxşı imicə sahibdir. İmic anlayışı tək cəmiyyətlə məhdudlaşmır. Şirkət xaricində də, şirkət daxilində də müsbət imicə sahib olmaq şirkətin ən böyük qazancıdır.
İctimaiyyətlə Əlaqələr (PR) ilə imic yaratmaq sənətidir. Sözsüz ki, hər bir təklilat, hətta ayrı-ayrı fərdlər üçün yüksək imic olduqca faydalıdır. Əgər sizin yüksək imiciniz varsa, sizinlə əməkdaşlıq etməyə çalışırlar, sizə güzəştə gedirlər və istehsal etdiyiniz məhsulu arxayınlıqla alırlar. Belə bir imici yaratmaq üçün hədəf kütlə ilə təşkilat arasında qarşılıqlı anlayışı təmin etmək, qarşılıqlı etimad, sayğı və sosial məsuliyyət hissini formalaşdırmaq gərəkdir. Bu isə öz növbəsində araşdırmalar aparmaq, məlumat toplamaq və cəmiyyətlə ünsiyyətin mövcud olan alətlərindən istifadə etmək lazımdır. Əgər bir biznes qurumu öz hədəf kütləsini özü ilə eyni tərzdə düşünməsini təmin edə bilirsə, deməli, yekun etibarilə həmin qurumun qazancları da artmış olacaq.
Dostları ilə paylaş: |