Söz sırasının qəsdən pozulması (inversiya), qeyri-normativ quruluşlu cümlələr, ellipsis (sözlərin və ya şəkilçilərin ixtisarı).
Bədii üslub — şer dili, nəsr dili və dramaturgiya dili formalarında özünü göstərir.
Şer dili — müəyyən ahəngə, ölçüyə və bölgüyə malik olan və qafıyələnən dildir.
Nəsr dili — müəyyən süjetə malik olan təhkiyənin — hekayə, povest, romanın dilidir.
Dramaturgiya dili — monoloq və dialoqlardan ibarət olan səhnə əsərinin dilidir.
Bədii üslub başqa üslublarla müqayisədə daha qədim və daha zəngin sayılır. Başqa üslubların formalaşması, ədəbi dil normalarının müəyyənləşməsində bədii üslub həmişə aparıcı olmuşdur. Ədəbi dildə normanın yeniləşməsi, ümumxalq dili vahidlərinin yazılı dilə gəlişi bədii üslubdan başlanır.