Assonans isə eyni saitlərin təkrarına deyilir. Məsələn: «Azacıq aşım, ağrımaz başım» atalar sözündə a və ı saitlərinin təkrarı nitqdə assonans yaradır. Nəsiminin yuxarıdakı beytində də bu saitlərin təkrarı assonansdır.
Təkrar dedikdə isə ritmik (fonetik) təkrar nəzərdə tutulur. Məsələn: Ağa Kərəm,paşa Kərəm, xan Kərəm; Alış Kərəm, tutuş Kərəm, yan Kərəm " misralarında Kərəm sözünün təkrarı xüsusi bir ritm yaradır. İntonasiya isə şerin və ya cümlənin xüsusi intonasiya ilə oxunması deməkdir.