Mövzu: Azərbaycan dilində rəsmi işgüzar yazışmalarda kargüzarlıq üslubu
Plan:
1.İşgüzar üslubun mahiyyəti
2. İşgüzar yazışmalar
3.Sənəd anlayışı
4. Sənədlərlə işin təşkili
5.Sənədlərin qruplaşdırılması
6.İşgüzar üslubun özəllikləri
1.İşgüzar üslubun mahiyyəti
İşgüzar üslubun mahiyyətini İdarə, müəssisə və təşkilatlarda işgüzar yazışmalar təşkil edir. Başqa sözlə, idarı, müəsisə və təşkilarlarda iş prosesində işgüzar üslubdan daha çox istifadə olunur. Bu üslub dilçilər tərəfindən muxtəlif formalarda, “işgüzar uslub”, “rəsmi üslub”, “qanunların dili”, “işgüzar dil”, “rəsmi sənəd dili” adlandırılsa da, mahiyyət etibarı ilə eyni mənanı daşıyır və sənədləşmələrin aparılması, informasiyanın paylanması və ondan istifadə olunması, işgüzar aləmdə normal fəaliyyətin həyata keçirilməsində mühüm rol oynayır. İşgüzar üslubun formalaşması prosesi XXVI əsrdən başlamışdır. Hələ Bütöv Azərbaycanda dövlətçiliyin yaranıb təşəkkül tapdığı Xətai dövründə müxtəlif sənəd nümunələri yaranmış, dövlətlərarası yazışmalardan istifadə olunmuşdur. Zaman keçdikcə bu üslub daha da mükəmmələşdirilmiş və inkişaf etdirilmişdi. Lakin xx əsrdən başlayaraq sovet dövründə, bir qayda olaraq, yazışmaların rus dilində aparılması nəticəsində Azərbaycanda işgüzar üslub inkişafı bir qədər zəifləmişdi. Buna baxmayaraq, dilçi alimlərimizin elmi əsərlərində Azərbaycan dili və onun uslubları müxtəlif aspektlərdən tədqiq edilmiş və öyrənilmişdir. Bizi tədris prosesində rəsmi işgüzar üslub maraqlandırdiğı üçün məhz bu üslubun mahiyyətini açıqlamağa çalıçacağıq. Ədəbi dilimizin üslublar sistemində fəaliyyət göstərən rəsmi-işgüzar üslub müəyyən tarixi inkişaf yolu keçmiş, dilxarici və dildaxili amillərin təsiri ilə son dövrlərdə genişlənərək, özünəməxsus xüsusiyyətlərə malik olmuşdur. Rəsmi-işgüzar üslub mətnlərinə daxil olan sənədlərin dairəsi aşağıdakıları əhatə edir: konstitusiya; qanunlar; Prezidentin fərmanları; sərəncamları; Nazirlər Kabinetinin qərarları; diplomatik sənədlər; rəsmi yazışmalar; müvafiq məcəllələr; təhsilə və tibbə aid sənədlər; məhkəmə sənədləri; ticarət müqavilələri; rabitə sənədləri; hərbi sənədlər; kənd təsərrüfatı; sahə nizamnamələri; əsasnamələri; qaydalar; göstəriş və təlimatlar; müxtəlif idarə və nazirliklərin yazışmaları; tövsiyələr; məktublar; ərizələr; əmr və protokollar; aktlar; tərcümeyi – hal; etibarnamələr; arayışlar; təqdimatlar; iltizamnamələr; müqavilələr və s. Qeyd olunan sənədlərin müxtəlifliyini, hər birinin leksik və qrammatik xüsusiyyətlərini nəzərə alaraq, işgüzar üslubu yarımüslublara-qollara (diplomatiya, hüquq, təhsil, rabitə, ticarət və sair sahələrlə əlaqədar) ayırmaq mümkündür. Bu yarımüslubların hər birinin özünəməxsus xüsusiyyətləri olsa da (ayrı-ayrı söz və ifadələrin işlənməsi və sintaktik konstruksiyalar nəzərdə tutulur), onları birləşdirən bir ümumi cəhət vardır ki, bu da işgüzar üsluba dair ümumi tələblərdir. İşgüzar üslub başqa üslublardan, ilk növbədə, leksik xüsusiyyətləri ilə fərqlənir. Burada konkret sahələrə aid sözlər, terminlər işlədilir.”Rəsmi-işgüzar üslubun “rəsmi dövlət və idarə kağızlarının dili “ adlanan növü sənədlərin bəzi müəlliflərin əsərlərində ” əmr, akt, fərman, anket, cədvəl, sərəncam kimi növlər”adı altında verilir.Rəsmi-işgüzarun üslub əsas xüsusiyyəti sabitliyi və qapalılığıdir.
Dostları ilə paylaş: |