Mövzu: “Azərbaycan dilində işgüzar və akade


Rəsmi sənədlərin əsas xüsusiyyətləri



Yüklə 262,64 Kb.
səhifə38/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   34   35   36   37   38   39   40   41   ...   142
1634046683046 Mühazirələr 1

Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:
— dilin maksimum mükəmməlliyi;
— fikrin tam aydınlığı;
— fıkrin (sözlərin) birmənalılığı;
— fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması);
— dil yığcamlığı.
Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil yığcamlığıdır. Rəsmi sənədlər millətin dövlətçilik mədəniyyətini əks etdirir. Buna görə də həmin sənədlərin mükəmməl tərtibinə xüsusi diqqət yetirilir.
İşgüzar sənədlər isə ayrı-ayrı vətəndaşlara aid olur. Ərizə, tərcüməyi-hal, akt, xasiyyətnamə, elan, reklam və s. işgüzar sənədlərdir. İşgüzar sənədlər hamı üçün eyni olan standart formalarda hazırlanır. belə sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır.
Rəsmi — işgüzar üslubun şifahi forması olmur.

5.Elmi üslub


Elmi üslub — milli elmi təfəkkürün ifadəsidir. O, müxtəlif elm sahalərinin dilidir. Elmi üslubun əsas xüsusiyyəti məntiqilik, dəqiqlik, ardıcıllıq və konkretlikdir. Elmin müxtəlif sahalərinə aid kitab,dərslik və məqalələr elmi üslubda yazılır. Bədii üslubun əsas göstəriciləri olan obrazlılığa, emosionallığa elmi üslubda, demək olar ki, təsadüf edilmir.

Elmi üslubun əsas səciyyəvi xüsusiyyətlərindən biri də onda ixtisas sözlərinin — terminlərin bol — bol işlənməsidir. Hər bir elm sahəsinin özünəməxsus terminləri vardır ki, onlar yalnız mütəxəssislər üçün tam və dəqiq şəkildə anlaşıqlı olur.

Elmi üslubda mürəkkəb cümlələr, modal sözlər çox işlənir. Elmi üslubda fikrin daha dəqiq və yığcam şəkildə ifadəsi üçün çox vaxt müxtəlif sxem və qrafiklərdən, şərti işarələrdən geniş istifadə edilir. Elmi üslubda söz və ifadələr müəyyən elmi anlayışları birmənalı şəkildə, birbaşa ifadə edir. Buna görə də elmi üslubda fikrin müxtəlif cür anlaşılmasına, mətnaltı mənaya və ya çoxmənalılığa yol verilmir.


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin