Təşbeh (bənzətmə).Bir əşyanın özündən qüvvətli başqa bir əşyaya bənzədilməsinə təşbeh deyilir. Təşbehdə, adətən, dörd ünsür olur: bənzəyən, bənzədilən, bənzətmə qoşması və bənzətmə əlaməti. Məsələn: Alma bal kimi şirindir. Təşbehin bu növü müfəssəl təşbeh adlanır. Son iki ünsürün iştirak etmədiyi təşbeh isə mükəmməl təşbeh adlanır.
Məsələn: Qaşları kamandır, yanağı lalədir və s. Tebehə aid daha bir neçə nümunə:
Fərhad çinar kimi ucaboylu igiddir. Əsgər aslan kimi güclüdür. Qələmi qılınc kimi itidir, ağlı dəryadır və s.
İstiarə (metafora).Leksik (lüğəvi) mənası «köçürmə» deməkdir. Bir əşyanın əlamətinin başqa əşya üzərinə köçürülməsinə deyilir.
Bənzətmə əsasında yarandığı üçün istiarəyə gizli təşbeh (bənzətmə) də deyilir. Təşbehdən fərqli olaraq, istiarədə bənzəyən və ya bənzədilən tərəflərdən hər ikisi yox, yalnız biri iştirak edir.Məsələn: Günəş gülümsədi. Buludlar ağladı. Quzum beşikdə mıştl-mışıl yatır. Gülüm niyə kefsizdir və s. Birinci iki cümlədə insana aid əlamət günəşin və buludun üzərinə köçürülmüşdür. Son iki nümunədə isə körpə uşaq quzuya, sevgili isə gülə bənzədilmiş, lakdn onların adı çəkilməmişdir.
Qeyd: Epitet, təşbeh və istiarə ədəbiyyatşünaslıqda bədii təsvir vasitələrinin növləri kimi öyrənilir. Metonimiya, sinekdoxa, simvol də bura daxildir.
Mübaliğə.Əşya və ya hadisənin həddindən artıq şişirdilməsinə deyilir. Məsələn: Qaraca Çobanın atdığı daş yerə düşməzdi. Düşsəydi də, üç il orada bitməzdi. Məcnunun ahından dağlar titrədi. Nərəsindən yer yarıldı. Göz yaşlarından çaylar axdı və s.
Kinayə.Sözün zahirən müsbət mənada deyilib, əslində isə mənfi mənada işlədilməsi kinayə adlamr. Məsələn, zəif adama pəhləvan, qorxaq adama cəsur və ya ağılsız adama alim demək, kinayədir.
Qeyd: Mübaliğə və kinayə ədəbiyyatşünaslıqda bədii ifadə vasitələrinin növləri kimi öyrənilir. Bədii sual, təzad, təkrir, inversiya da bədii ifadə vasılılərinin növləri sayılır.
3.Publisistik üslub
Publisistik üslub — milli ictimai təfəkkürün ifadəsidir. Bu üslub mətbuatm (qəzetlərin, bədii — siyasi və ictimai jurnalların, elmi-kütləvi kitabların və s.), radio — televiziyanın dilidir. Publisistik üsluba bəzən «mətbuat dili» də deyilir. «Qəzet dili», «radio dili», «televiziya dili» anlayışları da bu mənada işlənir. Radio və televiziya dili publisistik üslubun şifahi forması, qəzet və jurnalların dili isə onun yazıh formasıdır. Bu iki forma arasında elə bir kəskin fərq yoxdur. Publisistik üslubun hər iki formasının əsas xüsusiyyəti fikrin hamı tərəfindən anlaşıqlı, aydın və təsirli şəkildə ifadə olunmasıdır. Publisistik üslubda yazan müəllif ilk növbədə çalışır ki, toxunduğu məsələ mümkün qədər kütləvi şəkildə hamıya çatsın və oxucularda müsbət reaksiya doğursım.
Məhz buna görə də publisistik üslubda əksəriyyət tərəfindən anlaşıları ümumişlək sözlərdən daha çox istifadə olunur. Publisistik üslub kütləvi nitq foması olduğu üçün bütün dil göstəricilərinə görə adi danışıq dilinə çox yaxın olur. Mətbuat dilində gedən proseslər (yeni yaranan sözlər və s.) ümumxalq danışıq dilinə də təsir göstərir. Publisistik üslubda başqa üslubların da xüsusiyyətləri özünü göstərir. Bu baxımdan publisistik üslubun, əsasən, iki növü var: bədii-publisistik üslub, elmi-publisistik üslub.
Bədii publisistik üslub qəzet dilidir. Bu üslub növündə publisistik üslubun əsas xüsusiyyətləri gözlənilməklə yanaşı, yeri gəldikcə obrazlılığa, bədiiliyə də yer verilir.
Elmi — publisistik üslub dedikdə isə elmi — kütləvi jurnal və kitabların dili nəzərdə tutulur.
Publisistik üslub XIX əsrin II yarısında milli qəzetlərin nəşrə başlaması ilə formalaşmışdır.
4.Rəsmi — işgüzar üslub
Rəsmi — işgüzar üslub — rəsmi və işgüzar sənədlərin dilidir. Bu üslubda fikir müəyyən qəlibə düşmüs (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi — işgüzar üslub hamı üçün eynidir — standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir. Milli rəsmi — işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşıbdır.
Bu üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi — işgüzar üslubda bir sıra arxaik sözlər və köhnelmiş sintaktik qəliblər uzuu müddət qorunub saxlanılır.
Rəsmi — işgüzar üslub iki yerə ayrılır: rəsmi sənədlərin dili, işgüzar sənədlərin dili.
Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan sənədlər (məsələn, prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, konstitusiya və s.) rəsmi sənədlər sayılır.
Rəsmi sənədlər mütəxəssislər tərəfindən hazırlamr, yerlərdə müzakirə edilir, sonra isə təsdiqlənir.
Dostları ilə paylaş: |