Bədii təsvir və ifadə vasitələri (məcazlar)
Sözün poetik funksiyası ən çox bədii təsvir və ifadə vasitələrində- məcazlarda özünü göstərir. Məcazlar birbaşa deyil, məcazi mənada işlənən söz və ifadələrdir. Məcazların əsas növləri aşağıdakılardır:
Epitet (bədii təyin).Əşyanın əvvəlinə artırılır və onun müəyyən bir elemetini bildirir. Epitet adi təyindən fərqli olaraq, məcazi mənada işlənir. Məsələn, «ağ əllər» birləşməsindəki «ağ» sözü adi təyin, «gül əllər» birləşməsindəki «gül» sözü isə bədii təyindir. «Dərin məna», «dəmir iradə», «daş ürək», «soyuq baxış» birləşmələrindəki birinci tərəflər epitetdir: Klassik ədəbiyyatda tez-tez işlədilən «qələm qaşlı dilbər», «sərv boylu gözəl», «dağ gövdəli igid», «ahu baxışh canan» və s. ifadələrindəki birinci tərəflər də epitetdir.
Dostları ilə paylaş: |