6. EPİSTOLYAR ÜSLUB
"Epistola" sözü latınca "məktub", "yazıb göndərmə", "iki tərəf arasında yazışma" mənasında işlənir. Epistolyar üslubda korrespondent (yazan) və adresat (yazını, məktubu alan) olur. Bu üsluba nəsihətnamə, öyüdnamə, dəvətnamə və məktublar daxildir. Ərəb mənşəli məktub (yazılmış kağız) yazışmanın ən qədim növü hesab olunur. O, monoloji daxili və yazılı nitq formasında öz əksini tapır. Münasibətdən asılı olaraq yazışanlar müəyyən söz və ifadələrlə əziz, əzizim, hörmətli qardaşım, atam, anam, bacım, dostum, həmkarım və s. kimi nəvazişli müraciət etiketləri ilə birbirinə müraciət edirlər. Məktubların rəsmi-işgüzar, ədəbi, açıq və məişət növləri məlumdur. Rəsmi işgüzar məktublar, adətən, ölkə başçıları arasında əlaqələr qurmağa hesablanır. Açıq məktublar ictimai-siyasi mahiyyətli olur və
mətbuatda qəzet və jurnallarda çap edilir, korrespondentin adresata müsbət vəya mənfi münasibəti açıqlanır, onun faydalı və ya ziyanlı fəaliyyəti ilə bağlı ziyalı mövqeyi bütün təfərrüatı ilə ortaya qoyulur. Ədəbi məktublar sosial mahiyyətdə olur, yazanın dünyagörüşünü, həyata münasibətini əks etdirir. Ədəbi məktublara misal olaraq XIX əsrin böyük satirik şairi Qasım bəy Zakirin Azərbaycan dramaturgiyasının banisi, dostu Mirzə Fətəli Axundova, Seyid Əzim Şirvaninin "Əkinçi" qəzetinin naşiri və redaktoru Həsən bəy Zərdabiyə,
Cəlil Məmmədquluzadənin Məhəmməd Tağı Sidqiyə, Ömər Faiq
Nemanzadəyə, Cənubi Azərbaycan şairi Məmmədhüseyn Şəhriyarın
Süleyman Rüstəmə, Məmməd Rahimə, Bəxtiyar Vahabzadəyə və bu şairlərin Şəhriyara və.s. məktublarını göstərmək olar. Məişət məktubları isə ən yaxın, əziz adamların, sevgililərin
birbirinə yazışmasıdır. Bu tipli məktublar ən xoş söz və ifadələrlə - atama, anama, bacıma, qardaşıma, dostuma, sevdiyimə, əzizimə, gözəlimə və s. sözlərlə başlanır və elə bu ruhda da tamamlanır.
DƏVƏTNAMƏ
"Dəvətnamə" ərəbcə "dəvət" (çağırmaq, təklif etmək) və farsca "namə" (məktub, kağız) sözlərinin birləşməsindən əmələ gəlmişdir, çağırış mənasındadır. Dəvətnamə, adətən, təntənəli məclislərə, elmi
konfranslara, yubileyə, ad gününə, toylara və s. yerlərə çağırış
məqsədilə yazılır.
Dostları ilə paylaş: |