2.ƏMƏLİ YAZI NÖVLƏRİ
Dövlət və ya hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada, yəni rəsmi şəxsin imzası, möhür və s. ilə təsdiq edilən sənədlər rəsmi sənədlər adlanır. Dövlətin konstitusiyası, qanunları, qərarları, fərmanları; hökumətin sərəncamları, nazirlərin əmrləri və s.ən mühüm rəsmi sənədlərdir.
İşgüzar sənədlər isə xüsusi dövlət əhəmiyyəti daşımır, ancaq bu və ya digər konkret məsələ ilə bağlı tərtib edilir. Afişa, annotasiya, anons, akt, arayış, bildiriş, elan, ərizə, izahat, məktub, reklam, rəy, protokol, teleqram, tərcümeyi-hal və s. işgüzar sənədlərə aiddir. İşgüzar sənədlərin müəyyən hissəsini hər bir şəxs özü hazırlamağı bacarmalıdır
Sənədin mətnində hər sözün öz məna yükü olmalıdır. Ona görə də heç bir məna yükü və çaları olmayan əlavə sözlərdən istifadə etməyə ehtiyac yoxdur. Sənədin mətni ilə bağlı tələbləri aşağıdakı cədvəldə verilən nümunələr üzərindən nəzərdən keçirək ki, fikrimiz daha aydın olsun:
Dostları ilə paylaş: |