Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 262,64 Kb.
səhifə62/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   58   59   60   61   62   63   64   65   ...   142
1634046683046 Mühazirələr 1

Sıra

Səhvdir:

Düzdür:

1

biz aşağıda imza edənlər

ehtiyac yoxdur

2

bu aktı ona görə tərtib etdik ki

3

hazırki akt, bu akt

Akt

4

ona görə də hesab edirik ki

hesab edirik ki

5

 yazıb xahiş edirəm

xahiş edirəm

6

odur ki,

ehtiyac yoxdur

7

mövcud səhvləri düzəltmək

səhvləri düzəltmək

8

tərəfimizdən diqqətinizə çatdırılır ki

diqqətinizə çatdırırıq ki

9

aparılmış sınaqlar nəticəsində

sınaqlar nəticəsində

10

beləliklə,

ehtiyac yoxdur

11

qeyd etmək lazımdır ki

12

Onu da qeyd etməyi vacib bilirik ki

Qeyd edək ki

13

sözügedən tədbir

tədbir

14

haqqında məlumat verilən tədbir

tədbir

15

bu tədbir

tədbir

16

bütün bunlarla yanaşı

ehtiyac yoxdur

 

 Nümunələrdə idarəetmə sənədlərinin tərtibi zamanı lazımsız söz, ifadə və tərkiblərin işlədilməsilə ən çox yol verilən səhvlərdən bir neçəsini diqqətinizə çatdırdıq. Sənədlərin mətnində müxtəlif mənalara yozulması mümkün olan sözlərdən və dolaşıq fikirlərdən istifadə də yolverilməzdir. 

 3.İşgüzar üslubun leksik xüsusiyyətləri

İşgüzar üslub başqa üslublardan birinci növbədə leksik xüsusiyyətləri ilə fərqlənir. Burada konkret sahələrə aid sözlər, terminlər işlədilir. İşgüzar üslubun leksik xüsusiyyətlərindən danışarkən onu da qeyd etməliyik ki, bütövlükdə bu üslubda, eləcə də onun yarımüslublarında – sahələrində dilimizdə mövcud olan bəzi standartlar, ştamp şəkli almış ifadə və formalar tez-tez işlədilir. Məsələn, qərar vermək, təqdim etmək, tələb etmək, imza etmək, təmin etmək, qəbul etmək, məruzə etmək, lehinə (əleyhinə) səs vermək, tədbir görmək, müzakirə etmək, irəli sürmək, həyata keçirmək, yerinə yetirmək, cəlb etmək, istifadə etmək, təltif etmək,təsis etmək,nəzərdə tutmaq, məsuliyyət daşımaq, qüvvəyə minmək, qüvvədən düşmək, qadağan etmək, nəzərinə çatdırmaq, xəbərdarlıq etmək və s. Bu qrup hazır ifadələrin işgüzar üslubda işlənilməsi sənədlərin dilinin aydın olmasını, asan başa düşülməsini bir növ təmin edir. Yeri gəlmişkən onu da qeyd edək ki, işgüzar üslubda müəyyən sabit söz birləşmələrindən (məsələn, tədbir görmək, qüvvəyə minmək, qüvvədən düşmək, məsuliyyət daşımaq və s.) savayı, frazeoloji birləşmələrdən, məcazlardan, bədii ifadə vasitələrindən, bədii müqayisələrdən, epitetlərdən, təkrarlardan, bir qayda olaraq, istifadə olunmur. Bu da onu bədii üslubdan fərqləndirən əsas amillərdən biridir.

4. İşgüzar üslubun qrammatik xüsusiyyətləri

İşgüzar üsluba aid mövcud yazılarda indiyə qədər, adətən, onun leksik və sintaktik xüsusiyyətlərindən bəhs olunmuşdur. Müşahidələr göstərir ki, ədəbi dilin başqa üslubları kimi, işgüzar üslubda da bəzi morfoloji xüsusiyyətlər bu üslubun səciyyələnməsində və formalaşmasında az əhəmiyyət kəsb etmir

. Morfoloji xüsusiyyətlər. İşgüzar üslubda isimlərin və fellərin işlənilməsinin bəzi cəhətləri diqqəti cəlb edir. İdarə adları bildirən sadə və mürəkkəb isimlər, vəzifə adları bildirən ümumi isimlər, bu vəzifə (direktor, müəllim, rektor, hakim, professor, nazir, müşavir) və şəxs adlarının, soyadların tez-tez işlənilməsinin vacibliyi işgüzar üslubun morfoloji əlamətlərindən biridir. İşgüzar üslubda şəxs adlarını göstərmək üçün mötərizələrdən istifadə olunur. Doğrudur, üslubi məqsəd və əlavə izahlar üçün başqa üslublarda da mötərizə işlədilir. Lakin burada başqa üslublardan fərqli olaraq, konkret şəkildə məsul şəxslərin adı, soyadı, idarə və təşkilat adları göstərilir. İşgüzar üslubun qanunvericilik yarımüslubunda konkret isimlərin (əsasən cəm halında) işlənilməsi xüsusi məqsəd daşıyır. Bununla belə, qanunvericilik aktlarının xarakterindən asılı olaraq, cəza , cinayət, icra, şikayət haqqında kodekslərdə «rəhbərlik», «plan», «yoxlama», «qərar», «üsul», «istehsalat», «müvəffəqiyyət» və s. mücərrəd isimlər də işlədilir. Bu qrup isimlərə mətnlərin giriş hissəsində və təsvir məqamlarında daha geniş yer verilir. Dəftərxana sənədlərində, bir sıra müqavilələrdə tək və cəm halda olan konkret isimlərin işlənilməsi vacibdir. Vətəndaşlıq aktlarında, ayrı-ayrı sahə kodeks və əsasnamələrində mücərrəd isimlər tez-tez müşahidə edilir. Belə isimlərin bir qrupunu feli isimlər təşkil edir. İşgüzar üslubda -lar, -lər şəkilçisi ümumiləşdirmə məqsədilə və termin yaradıcılığı məqamlarında işlədilir. Bu ən çox diplomatik sənədlərin dilində, müqavilələrdə müşahidə edilir. «Tərəflər ümumi bir rəyə gələ bilmədilər» cümləsindən gör ündüyü kimi, hər hansı iki dövlət və yaxud iki dövlət nümayəndəsi nəzərdə tutulur. -lar, -lər şəkilçisi sifət-isim birləşmələrində işlənərək söz birləşməsi tərkibində ismin konkretləşməsinə xidmət edir: mülki münasibətlər, hüquqi münasibətlər, mülki hüquqlar, mülki işlər, əşyavi dəlillər, prosessual müddəalar və s. İşgüzar üslubun diplomatik yarımüslubunda düzəltmə isimlərin və eləcə də eyni sözün təkrarı ilə yaranan mürəkkəb isimlərin işlənilməsinə çox az təsadüf olunur. Müşahidələrdən də aydın olur ki, isimlərin işlənilməsində termin - söz birləşmələri, ismi-dominantlar da işgüzar üslubun səciyyələndirilməsində müəyyən rol oynayır və bunlar yarımüslubların əhatə etdiyi müxtəlif sənədlərin dilinə xasdır. Məsələn, diplomatik sənədlərin dilində işlənən nota, ultimatum, attaşe, iqamətgah, saziş, müqavilə, fəxri qaravul, cənab, zati-aliləri, ATƏM-in nümayəndələri, BMT nümayəndəsi və s. İşgüzar üslubun bəzi janrlarında (qərarlarda, qanunlarda, fərmanlarda) ad və soyadlar bütöv yazılır (diplomatik sənədlərdə adlar bəzən ixtisar edilir) və vəzifələr hər bir adın qarşısında mütləq göstərilir. Məsələn, Azərbaycan Respublikası Milli Məclisinin sədri… Azərbaycan Respublikası Təhsil naziri


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin