5.TELEQRAM VƏ BİLDİRİŞ
"Teleqram" yunanca tele (uzaq), qramme (yazı) söz birləşmələridən yaranmışdır, "uzağa köçürmə" mənasındadır. Teleqram vasitəsilə müəyyən məlumat və ya müəyyən miqdarda pul uzaq məsafəyə təcili çatdırılır. Teleqramın yazılış forması:
1. Şəxsin ünvanı, adı və soyadı dəqiq göstərilməlidir;
2. Teleqramın məzmunu yığcam və aydın yazılmalıdır;
3. Rəqəmlər hərflərlə ifadə olunmalıdır. Nümunə: Teleqram Tovuz rayonu, Quşçular kəndi, Təzəxan müəllim Sultanova Sizi Novruz bayramı münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı və işlərinizdə uğurlar arzulayıram. Çingiz Əlibəyli keçmiş qrup yoldaşınız
Dostları ilə paylaş: |