Mövzu: “Azərbaycan dilində işgüzar və akade


Mövzu: Akademik kommunikasinın özünə məxsus xüsusiyyətləri



Yüklə 262,64 Kb.
səhifə75/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   71   72   73   74   75   76   77   78   ...   142
1634046683046 Mühazirələr 1

Mövzu: Akademik kommunikasinın özünə məxsus xüsusiyyətləri.

Plan:


1.Dinləmə mədəniyyəti

2.Sualvermə mədəniyyəti

3.Cavablandırma mədəniyyəti

4.Danışanın nitqinə münasibət bildirmə mədəniyyəti

5. Söhbətə qoşulma

6. Diskussiya mədəniyyəti

 

1.Dinləmə mədəniyyəti

Ünsiyyət mədəniyyəti ümumi mədəniyyətin tərkib hissəsi və insanların birgə fəaliyyətinə əsaslanan tələbat olaraq, fikir, hiss və duyğularının ifadəsini təmin edir. Qarşılıqlı anlamaya əsaslanan dialoji nitqin səmərəli şəkildə təşkili üçün ünsiyyət etik normalar və əxlaqi dəyərlər zəminində qurmaq və mədəni nitq bacarıqlarına malik olmaq zəruridir. Mədəni ünsiyyətin yaradılması üçün hansı bacarıqlara yiyələnmək lazımdır?- sualına cavab olaraq, bir sıra mədəni nitq bacarıqlarını göstərə bilərik: Sual vermək bacarığı, nitqi sonadək dinləmə bacarığı, öyrənmək məqsədilə verilən sualı cavablandıırmaq, danışanın nitqinə münasibət bildirmə, adresatın öz mövqeyini nümayiş etdirməsi, söhbətə qoşulma kimi bacarıqlara yiyələnmək və onları vərdiş halına gətirmək  nitqdə gözlənilməsi gərəkli etiket qaydalarını özündə ehtiva edir. Bunlardan əlavə, situasiyalardan asılı olaraq, etiket qaydalarını gözləmək lazımdır. Qarşılaşma, görüşmə, vidalaşma, tanışlıq, hal-əhval tutma, müraciət, sual-cavab, müəyyən mövzu ətrafında qızğın müzakirə, fikir ayrılığına səbəb olan mübahisə doğuran situasiyalarda etiket qaydalarını gözləmək, etik normalara  istər danışığımız, istərsə də davranışımızda riayət etmək müsahibimiz, qarşı tərəfin şəxsiyyətinə və fikirlərinə hörmət bəslədiyimizi bildirmək xoş ünsiyyətin formalaşması  üçün olduqca gərəkli və əhəmiyyətlidir.     

Nitqi sonadək dinləmə  bacarığı hər bir insandan yüksək mədəniyyət və ali mənəviyyat tələb edir. Nitqi dinləmək bacarığı təəssüflər olsun ki, müasir cəmiyyətimizin insanları arasında olduqca az yayılmış keyfiyyətlərdəndir.İnsanlar nəinki bir-birini dinləmək istəmir, hətta danışanın nitqinə müdaxilə etməyə səy göstərir və danışanın nitqini bitirənədək dinləməyə səbri çatmır. Məhz bu cür vəziyyət həmsöhbətlər arasında anlaşılmazlığa, bir-birinin fikir və mövqelərini müəyyən edə bilməmək kimi mənfi nəticələrlə sonlanır. İnsanların bir-birinin şəxsi fikirlərinə hörmət etməmək həm də həmsöhbətinə qarşı edilən nəzakətsizlikdir. Bu cür vəziyyət isə nəinki maraqlı və xoş söhbət yaratmayacaq, hətta həmsöhbətlər arasında xoş münasibətin korlanmasına və xələl gətirməsinə səbəb olacaqdır. 

Nitqi sonadək dinləmə bacarığımədəni ünsiyyət üçün başlıca keyfiyyət olma faktı nəzərə alınmaqla, onun formalaşdırılmasına kiçik yaşlardan başlanılmalıdır. Müəllim və valideyn tərbiyə və təsiri ilə bu bacarığın istənilən səviyyədə formalaşdırılması mümkündür. Sinif kollektivində təlim-tədris prosesi müddətində şagirdlərin bir-birlərinin nitqini dinləməsi üçün müxtəlif praktik yönümlü çalışmalardan istifadə edilməli və bu mədəni nitq bacarıqlarının formalaşdırılması istiqamətində iş mütəmadi olaraq yerinə yetirilməlidir. Əlbəttə, aşılanan bu bacarığın vərdiş halına keçməsi üçün ondan nitq fəaliyyətində hər zaman – istənilən əhval və situasiyada istifadə etmək lazımdır. Gərgin fəaliyyət nəticəsində, yaxud ovqatı təlx edən bir hadisə səbəbindən insan əsəbi, aqressiv ola bilər. Lakin səbəbi nə olursa-olsun insan əsəblərini cilovlamağı və öz hisslərinə hakim olmağı bacarmalıdır. Ancaq belə olan halda insan həmsöhbətini təmkin və nəzakətlə dinləməyi bacarar,dialoqun səmərəsini artırar. Bu vəziyyət isə həmsöhbətlərin qarşılıqlı anlaşmasına və sözügedən məsələ yaxud problemin həlli yollarını müəyyənləşdirməkdə heç bir çətinlik çəkilməz. Nitqi sonadək dinləmə  bacarığı dialoji nitqdə böyük ünsiyyət əhəmiyyəti kəsb edən xüsusiyyətdir. Dialoji nitq mədəni ünsiyyətin ən geniş yayılmış formasıdır. Sual-cavab xarakterli dialoqda hər iki tərəf əxlaq normalarını və ədəbi dil qaydalarını gözləməsi mütləqdir. Dialoqda hər iki tərəf bu və ya digər hadisə, problemlə bağlı öz fikir və mülahizələrini bildirir, həmsöhbətinin məsələyə münasibətini müəyyənləşdirir və həmin məsələyə dair mülahizələrini ümumiləşdirib yekun nəticə çıxarır.




Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin