Mövzu: “Azərbaycan dilində işgüzar və akade


Cavablandırma mədəniyyəti



Yüklə 262,64 Kb.
səhifə77/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   73   74   75   76   77   78   79   80   ...   142
1634046683046 Mühazirələr 1

3.Cavablandırma mədəniyyəti

 Cavabvermə bacarığı və yaxud başqa şəkildə desək, cavabvermə mədəniyyəti həmsöhbətlər arasında qarşılıqlı anlaşmanı təmin edir. Verilən sualı lazımınca dəqiq, dolğun, həm də yığcam şəkildə cavablandırmaq sual verən şəxsə qaranlıq qalan məsələyə aydınlıq gətirilməsinə kömək olacaq. Verilən cavab tutarlı, dəqiq, konkret,yığcam, doğru, anlaşıqlı, məntiqli olmalıdır ki, sual verən şəxs öyrənmək istədiyi, cavabını verməkdə çətinlik çəkdiyi suala doğru cavabı ən düzgün formada ala bilsin. Cavab tutarlı olmalıdır, yəni cavabda verilən məlumatlar sualın məzmununu tam əhatə etməli, məlumatlar tam olmalıdır. Cavab dəqiq olmalıdır, yəni cavab verən şəxs dəqiq bildiyi faktlara söykənməlidir. Natamam  və qeyri-dəqiq cavab suala lazımi cavab hesab olunmur. Cavab konkret olmalıdır, yəni suala veriləcək doğru cavab konkret məlumatlara əsaslanmalıdır. Konkretlik üçün uzunçuluqdan, sözbazlıqdan qaçmaq lazımdır. Cavab yığcam olmalıdır, yəni suala verilən cavabda uzun-uzadı danışmaq, hərtərəfli, geniş məlumat verməyə ehtiyac görülmür. Bu, cavab alan şəxsi yora bilər. Yığcamlıqda əsas prinsip sayılan az söz, çox fikir, dərin mənagözlənilməlidir. Cavabda yalan və əsası olmayan informasiya verməkdən qaçmaq lazımdır, doğruluq, düzgünlük həm də mədəni nitqin başlıca göstəricilərindən sayılır.Cavab sadə və anlaşıqlı olmalıdır, yəni cavab verən şəxs öz nitqini sadə formaya salıb, anlaşılan məzmunda olmasına çalışmalıdır. Anlaşıqlı fikir anlaşıqlı cavabın verilməsini təmin edir. Cavab  məntiqli olmalıdır, yəni cavabda verilən məlumatların məntiqi əsası olmalıdır ki, cavab alan şəxs aldığı məlumatın doğruluğuna inansın . 




  1. Yüklə 262,64 Kb.

    Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin