Mövzu azərbaycan qadinlari XIX-XX əsr maariFÇİLİYİ VƏ İNQİlablari döVRÜNDƏ



Yüklə 295,1 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix02.01.2022
ölçüsü295,1 Kb.
#2529
1   2   3   4
Universitet 

Fakultələr 

 Tibb  Fizika- 

Riyaziyyat 

Hüquq Tarix-filologiya 

 



mi 



rusl

ar 


O jümlədən 

qadınlar 

Cəmi 

ruslar


O cümlədən 

qadınlar 

Cəmi 

ruslar


O cümlədən 

qadınlar 

Cəmi 

ruslar


O cümlədən 

qadınlar 

Bern 37

329 



(87,5%) 

224 71 


(31,7%) 

14 2 


14,2%) 

- - 


Sürix 22

137 



(61%) 

125 30 


(24%) 

49 9 


(18,4%) 

28 


13 

(46,4%) 


Cəmi 60

466 



(77,5%) 

349 


101 

(29%) 


63 

11 


(17,5%) 

28 


13 

(46,4%) 


 

Bu məlumata əsasən, rusiyalı tələbələr arasında qadınların sayı geniş diapozonda 

dəyişirdi: Bern universitetində hüquq fakultəsindəki 14,2 faizdən tibb fakultəsindəki 87,5 

faizə kimi. Rus tələbələrin  İsveçrənin ali məktəblərinə  qəbul  şərtləri digər ölkələrlə 

müqayisədə daha liberal idi. «Rusiyalı abituriyentlərdən kamal attestatı  və kişi klassik 

gimnaziyasının (8 sinif) tam kursu proqramı üzrə latın dilindən imtahan verdiyi barədə 

şəhadətnamə tələb olunurdu. Təkcə İsveçrədə deyil, Fransada da qadının ali təhsilinə 

icazə Rusiyadan qabaq verilmişdi. 1870-ci illərin əvvəlində fransız universitetlərində tibb 

üzrə qadın tələbələr oxumağa başladı.  1880-ci illərdə isə qadınlar artıq bütün 

fakultələrdə vardı. Hər bir xarici vətəndaş kimi, Rusiyadan gələn abituriyentlər də fransız 

universitetinə anjaq «bakalavr» dərəcəsi verən fransız kamal atestatı ilə daxil ola bilərdi. 

Bu atestatı isə Fransa universitetlərindən birinin dil yaxud təbiət fakultəsində pullu 

imtahan verərək əldə etmək mümkün idi. 

Rus qadınları yalnız kamal atestatı ilə (7 gimnaziya sinfi) imtiyaza malik ola – 

Fransa xalq təhsili Nazirliyinin icazəsi ilə imtahan verməkdən azad edilə bilərdi. Ruslar 

ənənəvi olaraq Paris, Nansi, Monpelye universitetlərinə üz tuturdular. Onlar üçün ən 

arzuedilən Sorbonna – Paris universitetində 1911-ci ildə Rusiyadan 1,6 min oğlan və qız 

tələbə təhsil alırdı ki, həmin rəqəm burada oxuyan bütün xarici tələbələrin demək olar ki 

yarısı və bu məşhur tədris müəssisənin bütün tələbə kontingentinin (8 min tələbə) 20%-i 

demək idi. Rusiyalı qadınların Paris universitetinə «təhsil miqrasiyası»nın miqyası  və 

dinamikliyi barədə aşağıdakı məlumat əsasında fikir yürütmək olar. 

1900-cü ildə fransız dili tədris etmək hüququ verən diplomun təsis edilməsi 

Sorbonnanın filologiya fakultəsinə rus tələbə qızlarının axınına səbəb oldu: 1906-cı ildə 

fakultədəki 300 xarici tələbədən 200-ü rus idi. 20 il ərzində  (1890-cı ildən  1910-cu ilə 

kimi) Sorbonnada oxuyan rus qadınlarının sayı 17 dəfə artmışdı. 

XIX və XX əsrlərin qovuşmasında Sorbonnadakı rus tələbə  qızlar çox gözəl 

hazırlığa malik idi və heç bir mürəkkəb təlim forması onları qorxutmurdu. Onlar 

ətrafdakıları öz çalışqanlığı, bilik almaq üçün hər bir çətinliyə sinə  gərmək  əzmi ilə 

heyrətə  gətirirdilər. Onların təşəbbüskarlığı Sorbonnanın fəxri diplomları ilə 

mükafatlandırılırdı. Təkcə 1902-ci ildə Sorbonnanın ən yaxşı diplomçu qızları arasında 

rus tələbələri Yeşevskayanın, Okulovanın, İzmalkovanın adları çəkilirdi (12, s.41). 

Amma heç də  hətta nüfuzlu xarici universitetlərdə belə doktorluq dərəcəsi almış 

rus qadınlarının hamısı öz elmi-müəllimlik karyerasını Vətəndə maneəsiz davam etdirə 

bilmirdi. Çox vaxt onlar Rusiyada təkrar olaraq özünün elmi işlə məşğul olmaq haqqını 

təsdiq etməli olurdular. Özü də bu hüquq onlara heç də  həmişə hakimiyyət tərəfindən 

verilmirdi. Bu cür çətinliyə ən parlaq misal görkəmli rus riyaziyyatçısı Sofya Vasilyevna 




 

 

Kovalevskayanın dramatik taleyidir. Özündə misilsiz riyazi bacarıq aşkar edərək o, əri 



V.O.Kovalevski ilə birlikdə 1869-cu ildə mükəmməl ali təhsil almaq üçün xaricə getməli 

oldu. Orada bir çox bürokratik maneələri dəf etdikdən sonra Kovalevskaya 2 il 

Heydelberq universitetində  təhsil aldı, sonra da 4 il məşhur alim, Berlin universitetinin 

(burada da qadınların təhsil alması qadağan idi) riyaziyyat üzrə professorundan xüsusi 

dərs almalı oldu. 

1874-cü ildə Gettingen universiteti qiyabi olaraq S.V.Kovalevskayaya ən yüksək 

təriflə (Summer cum laudae) fəlsəfə üzrə doktorluq dərəcəsi təqdim etdi, özü də o, 

məcburi imtahanlardan azad edilmişdi.  Ən nüfuzlu Avropa universitetlərində çox gözəl 

riyaziyyat təhsili almış Sofya Kovalevskaya vətəndə öz biliyini tətbiq edə bilmədi: o 

illərdə qadın Rusiyada yalnız qadın gimnaziyasının aşağı sinfində hesab dərsi deyə 

bilərdi ki, bu da Kovalevskaya üçün maraqlı deyildi. Buna görə  də o, Berlinə köçməli 

oldu. 


1881-ci ilin əvvəlində Rusiyaya qayıdaraq o, başını tamamilə riyazi məşğələlərə 

qarışdırdı  və  işığın kristallarda sınması ideyası barədə düşünməyə başladı.1881-ci ilin 

baharında o yenidən Berlinə köçdü, çünki Rusiyadakı sosial vəziyyət Kovalevskaya 

üçün həmin mərhələdə xüsusi əhəmiyyət kəsb edən elmi məşğuliyyətdən ötrü heç də 

əlverişli deyildi. 

Vətənə qayıtdıqdan sonra Kovalevskaya rus təbiətşünaslarının və həkimlərinin VII 

qurultayında fəal iştirak edərək «İşığın kristallarda sınması» adlı  məruzə ilə  çıxış etdi. 

Qurultay dövründə Sofya Vasilyevna riyaziyyatçı, aviasiya nəzəriyyəsinin gələcək banisi 

N.Y.Cukovski ilə tanış oldu və onda olduqca xoş  təsir buraxdı. Sonralar Cukovski 

onunla aralarındakı canlı söhbəti və Kovalevskayanın hərtərəfli maraqlarını xoş xatirə 

kimi yad edirdi. 

1883-cü ildə Kovalevskaya professor Mittaq-Lefflerdən (K.Veyerştrassın tələbəsi) 

Stokholm universitetində privat-dosent vəzifəsinə  qəbul etmək barədə  dəvət aldı. 

Vətəndə heç bir perspektivin olmadığını görən Kovalevskaya İsveçə getməyə razılıq 

verdi.  Əvvəl Mittaq-Leffler ona pulsuz kurs aparmağı  təklif etdi. Kurs başa çatdıqdan 

sonra Kovalevskaya beş il müddətinə sabit okladla Ali məktəb professoru seçildi. 

1889-cu ildə «Bərk cismin hərəkətsiz nöqtə  ətrafında hərlənməsi məsələsi» işinə 

görə Paris elmlər akademiyası Sofya Kovalevskayaya nüfuzlu Borden premiyasını 

təqdim etdi. Bu – mexanikanın üzərində əvvəllər Eyler və Laqrancın işlədiyi çox çətin bir 

məsələsi idi. Həmin çox mükəmməl riyaziyyatçıların  əldə etmiş olduğu nəticələrə 

mühüm  əlavələr edən Kovalevskaya öz adını bütün mədəni dünyada məşhur etdi; bir 

çox qəzet və jurnallar ondan yazırdı. Akademik P.L.Çebışev və onun həmkarlarının 

təşəbbüsü ilə Kovalevskaya Elmlər akademiyasının fəxri müxbir üzvü seçildi. O, bu ada 

çox sevindi, lakin bu ad da ona vətənə qayıtmaq imkanı vermirdi. Kovalevskaya 

ömrünün sonuna kimi Rusiyada alim kimi tanınmayaraq 1891-ci ildə vəfat etdi. 

Dediklərimizə yekun vuraraq qeyd etməliyik ki, Rusiyada və Avropada qadın 

azadlığı ilə bağlı proseslər Rusiya imperiyasının sərhədi olaraq kapitalist inkişaf 

sisteminə daxil edilmiş Şimali Azərbaycanda da öz əksini tapmaya bilməzdi. 

XIX  əsrin ikinci yarısında  Şimali Azərbaycanda ölkə tarixində, onun 

mədəniyyətində iz qoyub getmiş parlaq şəxsiyyətlər olan qadınlar yaşayırdı. Həmin 

qadınlar arasında Qarabağ xanının qızı, XIX əsrin tanınmış şairi Xurşudbanu Natəvanın 

adını xüsusi qeyd etmək gərəkdir. O, 1830-cu ildə Qarabağda doğulmuşdu;  Şuşa 

şəhərindəki «Məclisi-Fəra-muşan» (1870) və «Məclisi-Üns» (1872) kimi ədəbi 

cəmiyyətlərin əsasını qoymuşdur. Natəvan özünün poetik və bədii istedadı ilə, həmçinin 

istedadlı  aşıqlara, xanəndələrə, musiqiçilərə himayədarlığı ilə, xeyriyyəçiliyi ilə  məhşur 

idi. Aleksandr Düma Azərbaycana gələrkən Bakıda Xurşudbanu Natəvanla və onun əri, 

general Xasaybəy Usmiyevlə görüşmüş, bu müsəlman qadınının erudisiyasına və 

mədəniyyətinə heyran qalmışdı. Natəvan hədiyyə olaraq fransız yazıçısına muncuqla 

tikdiyi tənbəki kisəsi bağışlamışdı. Bu barədə A.Düma öz xatirələrini Parisdə fransız 



 

 

dilində 1859-cu ildə üç cilddə nəşr olunmuş «Qafqaz» əsərində yazmışdır. Qeyd etmək 



lazımdır ki, şairə həm də yüksək zövqlü bədii əl işləri yaradır və gözəl şəkil çəkirdi. 

XIX  əsrdə daha iki Azərbaycan  şairəsi: Naxçıvanda Qönçəbəyim,  Şuşada isə 

Fatma xanım Kaminə (1840-1898) öz lirik şerləri ilə tanınırdı. 

XIX  əsrin sonlarından başlayaraq,  Şimali Azərbaycanda ictimai-siyasi 

münasibətlərin güclü inkişafı Azərbaycan qadınının özünə cəmiyyətdə yer tapması üçün 

geniş imkanlar və perspektivlər yaradır. 

Şimali Azərbaycanda XIX əsrin sonunda kişi təhsili ilə yanaşı qadın orta təhsili də 

inkişaf etməyə başlayır.  1874-cü ildə Azərbaycanda  1883-cü ildən sonra Mariinskaya 

adını almış ilk gimnaziya açılır. Bakı quberniyasında XIX əsrin sonunda 4915 şagirdin, o 

cümlədən 64 qızın təlim keçdiyi 245 məktəb fəaliyyət göstərirdi. Eyni zamanda 

Yelizavetpol quberniyasındakı 268 məktəbdə 4384 şagird, o cümlədən  145 qız 

oxuyurdu. XIX əsrin sonu – XX əsrin  əvvəli xeyriyyəçiliyin imkanlı insanlar üçün 

yazılmamış qanun olduğu bir dövr idi. Fəxri himayəçilik institutunun geniş yayılması 

buna parlaq sübutdur; Bakının bütün məktəblərində, gimnaziyalarında və 

progimnaziyalarında  şəhər tacirləri və zadəganlarının  ən görkəmli nümayəndələrindən 

ibarət olan himayədarlıq  şuraları  fəaliyyət göstərirdi. Onların böyük həcmdə etdiyi 

ianələr çox vaxt inqilabdanqabaqkı Bakının tədris müəssisələrinin əsasını  təşkil edirdi. 

Ən iri sənayeçi və mesenat Hacı Zeynalabdin Tağıyevin geniş  və çoxcəhətli 

xeyriyyəçilik fəaliyyəti hamıya məlumdur. Bakı inşaat-texniki və Bakı kommersiya 

məktəblərinin, Bakı Mariinskaya qadın gimnaziyasının fəxri himayəçisi olan H.Z.Tağıyev 

Bakı Aleksandrinskaya adını almış ilk rus-müsəlman pedaqoji məktəbini açmışdı ki, bu - 

onun maarif sahəsindəki fəaliyyətinin tacı sayılır. Qadın məsələsinin həllini H.Z.Tağıyev 

cəmiyyətin normal fəaliyyət göstərməsi, ictimai inkişafın sürətlənməsi üçün vacib şərt 

hesab edirdi. H.Z.Tağıyev maarifə böyük üstünlük verir, onu qadın məsələsinin 

həllindəki  əsas halqa sayırdı. Azərbaycan qızları üçün xüsusi məktəbin yaradılması 

barədə Tağıyev hələ XIX əsrin 90-cı illərində düşünmüşdü. Belə ki, tanınmış ictimai 

xadim M.A.Şaxtaxtinskiyə yazdığı 4 may 1896-cı il tarixli məktubunda Tağıyev qeyd 

edirdi: «Müsəlman qadınını olduğu qapalı həyatdan çıxarmaqdan ötrü yeganə bir yol var 

– yalnız məktəb; və bu məktəbi elə yaratmaq və elə qurmaq lazımdır ki, müsəlmanlar 

ona rəğbətlə yanaşsın və tam əminliklə öz qızlarını ora oxumağa göndərsinlər». 

Buradan görünür ki, belə məktəbin açılması o zaman üçün aktual və eyni zamanda 

olduqca mürəkkəb iş idi. Və yalnız Tağıyevin qətiyyəti və inadı, üstəgəl müdrikliyi və 

bakılılar arasındakı nüfuzu, həmçinin onun vəsaiti bu ideyanı sona çatdırmağa imkan 

verdi. Və bu yolda Tağıyev yerli hakimiyyətin gizlin narazılığını  və  həm də  şəhərin 

ortodoksal dairələrinin açıq müqavimətini dəf etməli oldu. Bütün bunlar Hacı 

Zeynalabdini bir sıra diplomatik manevrlər etməyə vadar etdi. 

Belə ki, 24 aprel 1896-cı ildə Qafqaz Tədris Dairəsinin nəzarətçisi 

K.P.Yankovskiyə ünvanladığı  məktubda o, «məktəbin açılışını II Nikolayın taxta 

çıxmağına həsr etdiyini elan edir: «İmperator  Əlahəzrətlərinin tacqoyma mərasimini 

Bakıda mənim vəsaitim hesabına rus-müsəlman məktəbi açmaqla qeyd etməyi qərara 

aldım». Eyni zamanda H.Z.Tağıyev gələcək məktəbə imperatriçə Aleksandra 

Fyodorovnanın adını verərək – «Aleksandrinskaya» adlandırmağı  vəd etdi. Bu 

diplomatik addım təsirsiz qalmadı: tezliklə Azərbaycanlı  qızlar üçün ilk məktəbin 

açılışına «yuxarıdan icazə» verildi. 

İkinci maneəyə gəldikdə isə burada məsələ daha çətin idi, çünki müsəlman qızları 

üçün məktəbin açılmasını  şəriət qanunlarının tapdanması kimi qəbul edən ruhanilərin 

müəyyən hissəsinin etirazını dəf etmək lazım gələcəkdi. Sonralar tanınmış Azərbaycan 

artisti Sidqi Ruhulla Axundovun xatırladığı kimi, əvvəl Z.Tağıyev quberniyanın qazısı 

Mirməhəmməd Kərimin və Axund Mir Abutarabın, həmçinin bir neçə mollanın razılığını 

ala bildi. Daha qatı yolagəlməyənləri inandırmaq üçün isə H.Z.Tağıyev molla Mirzə 

Məmmədoğlunu «diplomatik səyahət» olaraq Mədinə, Xorasan və Bağdad  şəhərlərinə 



 

 

göndərdi və o da, ən iri, hamının hörmət etdiyi müctəhidlərlə  (şiələrin mənəvi liderləri) 



görüşərək onlardan müsəlman qızları üçün məktəb açılmasına yazılı icazə ala bildi. 

Mirzə  Məmmədoğlu qayıtdıqdan sonra Tağıyev Bakıda açılacaq məktəbin hər bir 

əleyhdarına həmin şəxsin ən çox inandığı müctəhidin məktubunu təqdim etdi. Bu da işin 

istedadlı mütəfəkkir-mesenatın xeyrinə  həlli ilə  nəticələndi.  1896-cı ildə bütün 

razılaşmalardan sonra Bakı  Şəhər Upravası H.Z.Tağıyevin yaratdığı  məktəb üçün 

ayırdığı qızılla 150 min rubl (bundan 125 mini assiqnasiya şəklində toxunulmaz kapital 

olaraq bankda yerləşdirilmişdi) ianəsini Dövlət bankına verdi. 1896-1901-ci illər ərzində 

Bakının mərkəzi küçələrindən birində, hazırkı  Əlyazmalar Fondunun binasında 

məktəbin tikintisi davam etdirildi və bu tikinti 183 min rubla başa gəldi. 1898-ci il mayın 

16-da  İmperatriçə Aleksandra Fyodorovna adına Bakı qadın rus-müsəlman pedaqoji 

məktəbinin Nizamnaməsi təsdiq edildi. Bu – Qafqaz tədris dairəsinə aid olan qapalı 

tədris-tərbiyə müəssisəsi idi və  məktəbə  gəlib-gedən tələbələri də vardı. Qızları 

məktəbə 4 il müddətinə 7 yaşdan başlayaraq qəbul edirdilər. Tərbiyə müsəlman 

ailəsinin adət və  ənənələri üzərində qurulmuşdu. H.Z.Tağıyev o zamanın təhsil 

sistemini,  ən tanınmış  tədris müəssisələrinin strukturunu dərindən öyrənərək  Şərqin 

özünəməxsusluğunu nəzərə almışdı. Məktəbin Himayədarlar  şurası  təşkil olundu. Bu 

şuraya Tağıyev və onun həyat yoldaşı Sona xanım Tağıyeva (Ərəblinskaya) başçılıq 

edirdi. Nizamnaməyə  əsasən, bu vəzifə irsən keçməli idi. Himayədarlar  şurasına 

həmçinin Bakı Şəhər Başçısı L.L.Bıç, Bakı quberniyasının qazısı Mirməhəmməd Kərim 

Mircəfərzadə, Bakının qadın gimnaziyalarından birinin müdiri və kişi gimnaziyalarından 

birinin direktoru, iki nəfər fəxri şəhər müsəlmanı, Həsənbəy Məlikov (Zərdabi), Nəcəfbəy 

Vəzirov, Əlimərdanbəy Topçubaşov daxil idi. 

H.Z.Tağıyev məktəbə Həsənbəy Məlikovun (Zərdabi) həyat yoldaşı  Hənifə xanım 

Məlikovanı direktor təyin etdi. Paytaxt qəzetləri vasitəsi ilə Tağıyev bütün müsəlman 

qadın müəllimlərinə ilk müsəlman qadın məktəbinə kömək çağırışı ilə müraciət etdi. 

Tağıyev məktəbinin cəmiyyətdə öz potensial intellektual imkanlarını reallaşdırmağa 

imkan verdiyi görkəmli qadın maarifçilərin adlarını çəkmək yerinə düşərdi: Rəhilə xanım 

Terequlova (Hacıbababəyova), Məryəm xanım Sulikeviç, Adilə xanım  Şaxtaxtinskaya, 

Gülbahar xanım  Əhriyeva, Məryəm xanım Hembitskaya, Şəfiqə xanım  Əfəndizadə, 

Mina xanım Aslanova, Gövhər xanım Qazıyeva, Nabat xanım Nərimanova,  Şəhrəbanı 

xanım  Şabanova, Səkinə xanım Axundzadə  (1865-1927; ilk qadın dramaturq, yazıçı). 

Tədris proqramına gəldikdə isə buraya Azərbaycan və rus dili (dil, ədəbiyyat), hesab, 

tarix, coğrafiya, təbiətşünaslıq, hüsnxət, nəğmə, musiqi, etika, anatomiya, tibbin əsasları 

və şəriət daxil idi. 

1901-ci il oktyabrın 9-da Aleksandriya rus-müsəlman qadın məktəbinin təntənəli 

açılışı oldu. Bu, Şərqdə müsəlman qızları üçün açılan ilk dünyəvi məktəb oldu. 20 nəfər 

şagird üçün nəzərdə tutulmuş məktəb pansionu açılış günü 35 pulsuz məktəbli, 15 nəfər 

isə ildə  100 rubl ödəməklə  gəlib-gedən tələbə  qəbul etdi. Qızlar Zaqafqaziyanın hər 

yerindən,  Şimali Qafqazdan qəbul olunurdu. Bakıda Tağıyev qız məktəbinin açılması 

Azərbaycan ziyalı  cəmiyyəti tərəfindən böyük heyranlıqla qarşılandı. Məşhur vəkil, 

sonradan Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri olmuş 

Əlimərdanbəy Topçubaşov məktəbin açılışında söyləmişdi: «gələcək tarixçi bu hadisəni 




Yüklə 295,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin