Mövzu: Bağırsaq infeksiyaları. Baki – 2018 Plan


Müalicə və xəstələrə qulluq



Yüklə 150 Kb.
səhifə10/16
tarix02.01.2022
ölçüsü150 Kb.
#37572
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
Bağırsaq infeksiyaları

Müalicə və xəstələrə qulluq. Kəskin dizenteriyada və xronik dizenteriya prosesinin kəskinləşməsi dövründə xəstələr məcburi qospitalizasiya ilə bərabər yataq rejimində olmalıdırlar. Pəhriz mexaniki və kimyəvi cəhətcə əsirgəyici olmalıdır: kefir, qatıq, asidofilin, təzə kəsmik, ilıq bişirilmiş yumurta, ağ çörək suxarısı, az miqdarda qırmızı (keta) və ya dənəvər kürü, gündə 30 q qədər kərə yağı, yulaf yarmasından selikli şorabalar, frikadelli şorba, buxarda bişirilmiş kotlet, düyü və ya qarabaşaq yarmasından yaxşı bişirilmiş kaşa, bişmiş, təzə balıq, kisel, tərəvəz püresi, sürtgəcdən keçirilmiş və bişirilmiş alma, meyvə, giləmeyvə və üzüm şirələri: portağal, mandarin şirələri məsləhət görülür. Xəstəlik təzahürləri zəiflədikcə pəhrizi genişləndirmək olar.
Kəskin dizenteriyanın və xronik dizenteriyanın residivlərinin müalicəsi üçün antibiotiklərdən-levomisetin, biomisin, tetrasklin və terramisindən geniş istifadə edilir. Adları göstərilən preparatların hər biri ilə müalicə kursunun ümumi davamı 6-7 gündür; bu müddəti, alman klinik nəticəyə əsaslanaraq müəyyən edirlər. Vitaminlərdən geniş istifadə edirlər.

Antibiotiklər orta terapevtik dozalarda: levomisetin 0,5 qramdan gündə 5 dəfə, biomisin, tetrasiklik və terramsin isə 300 000 vahiddən (preparatm 0,3 qramma müvafiq gəlir) gündə 4 dəfə təyin edilir. Orqanizmin immun qabiliyyətini stimullaşdırmaq və orqanizmə desensibilizəedici təsir göstərmək məqsədi ilə antibiotik müalicəsindən əlavə vaksinoterapiyanm aparılması məsləhət görülür. Bu məqsədlə Fleksner-Zonne bakteriyalarmdan almmış və V.A.Çernoxvostov üsulu ilə hazırlanmış spirtli divaksinadan istifadə edilir: divaksina dəri altına müalicənin birinci günündə 0,5 ml, 3-cü, 6-cı, 7-ci günlərdə isə I ml miqdarmda yeridilir. Orqanizmin qeyri-spesifık desensibilizasiyası üçün daxilə demidrol, diazolin ya diprazin təyin edilir.

Antibiotiklər olmadıqda sulfanilamid preparatlarından - sulkin, ftalazol, disulformain (1 qramdan gündə 4 dəfə 5-7 gün müddətində) işlətmək olar; bu preparatlarla müalicə apardıqda xəstəyə çoxlu miqdarda maye içirdilir.

Xronik dizenteriyalı xəstələrin müalicəsində antibiotiklərin və vaksinaların tətbiq edilməsindən əlavə müalicəvi imalələrdən (bağırsağm selikli qişasından reparasiyasını sürətləndirmək üçün vazelin yağı,

çobanyastığı, norsulfazolun kolloidli dispers duzu, balıq yağı, 1%-li tanin məhlulu imalələri), ümummöhkəmləndirici müalicədən (qlukoza-vitaminoterapiya, qan, plazma və eritrosit kütləsi köçürmə, fizioterapiya) istifadə etmək lazımdır.


Yüklə 150 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin