Mövzu: Bağırsaq infeksiyaları. Baki – 2018 Plan



Yüklə 150 Kb.
səhifə2/16
tarix02.01.2022
ölçüsü150 Kb.
#37572
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   16
Bağırsaq infeksiyaları

Diaqnostika. «Qarın yatalağının diaqnostikası epidemioloji məlumatı

(qarın yatalağı xəstələrindən və ya bakteriya gəzdirənlərdən yoluxmanın

mümkünlüyü, həmin yaşayış məntəqəsində xəstələnmə təsadüflərinin

olmasını, mövsümiliyi nəzərə almaqla xəstəliyin klinik mənzərəsinə və laborator tədqiqatının nəticəsinə əsaslanır, klinik diaqnozu laboratoriya mümkün qədər tsədiq etməlidir. Xəstənin venasından alınmış 10-15 ml qanın 100 ml steril ödlü bulyonda və ya Rappoport qidalı mühitində əkilməsi ən qiymətli diaqnostik laborator tədqiqat metodu sayılır. Qanın əkilməsi bilavasitə xəstənin yatağı yanında aseptikanı dəqiq gözləməklə (flakonun boğazı onun pambıq tıxacı və s. spirt lampasının alovu üzərindən keçirilir) aparılır. Qan əkilən kimi flakonu 37° temperaturu olan termostata qoyulur, burada bakteriyalar bir gün ərzində inkişaf edir. Laboratoriyadan 2 gündən sonra təxmini, əkilmənin 4-cü günü isə qəti cavab almır. Xəstəliyin atipik formalarında törədicinin hemokulturasını almaq məqsədi ilə qanı xəstəliyin hələ birinci günündən əkmək olar.

Qarın yatalağının diaqnozunu Vidal reaksiyasının müsbət nəticəsi ilə də təsdiq etmək olar. Bu reaksiyanı qoymaq üçün xəstənin qanından 2-3 ml mixbər borusuna götürüb bakterioloji laboratoriyaya göndərərlər. Vidal reaksiyasının müsbət nəticəsi təkrar tədqiq edilmə zamanı titrin yüksəlməsini verən 1:20 və ya daha yüksək durulaşdırma titri sayılır. Bu reaksiyanı xəstəliyin 8-9 günündən başlayaraq qoymaq olar. Xəstə olan yerdə Vidal reaksiyasını qoymaq mümkün olmadıqda üzərində xəstənin qan zərdabının ləkə şəklində qurudulmuş 2-3 damcısı olan sellofan vərəqəni yaxındakı laboratoriyaya göndərmək məsləhət görülür. Laboratoriyada sellofan kağızdan üzərində qan zərdabının damcısı olan hissə kəsilib fizioloji məhlulda isladılır və içində anticisimlər olan ekstratla Vidal reaksiyası qoyulur. Xəstəliyin birinci 4-6 günlərində onu səpgili yatalaqdan ayırmaq üçün səpgili yatalaq xəstələrinə məxsus olan ümumi sinir-psixik oyanmanı, üzün hiperemiyasını və şişkinliyini skleraların və göz qapağı konyktivalarının inyeksiyasını, dalağın daha tez böyüməsini, taxikardiyanın, çox vaxt qanda leykositozu (I mm3 qanda 10000-dən 13000 qədər leykosit olur) və nüvələrin sola meylliyi ilə keçən mütləq baş verən neytrofilyozu nəzərə almaq lazımdır. Səpgili yatalaq xəstəliyinin 4-6-cı günlərində olduqca çoxlu miqdarda rozela və ya rozeola-petexiya səpgiləri meydana çıxır. Qarın yatalağına diaqnoz qoyarkən onunla miliar vərəm arasında diferensial diaqnostika aparmaq lazımdır. Miliar vərəmdə temperaturun olduqca çox tərəddüd etməsini, bu xəstələrdə taxikardiyanın, təngənəfəsliyin, sianozun olmasını və ağciyərlər rentgenoqrammasının məlumatnıı (ağ ciyər toxumasının perifokal iltihabının kölgəliyini-külli miqdarda xırda darıvari ocaqcıqları) nəzərə almaq lazımdır.

Xəstəliyin birinci 2-3 günündə bəzən qriplə diferensial diaqnostika tələb olunur. Axırıncı xəstəlik üçün temperaturun xeyli kəskin yüksəlməsi, qısa müddətli qızdırma dövrü, qaşüstü qövslər nahiyəsində və göz almalarında ağrıların olması, traxeit xarakterdir; bəzən zökəm və öskürək müşahidə olunur. Bağırsaqlar tərəfindən olan ağırlaşmalara bağırsaq qanaxması daxildir,bu Peyyer yastıqcıqları ya solitar follikulların nekrozlaşmış nahiyəsində qan damarları divarının pozulması (dağılması) nəticəsində baş verir. Qanın laxtalanma qabiliyyətinin zəifləməsi, trombositlərin miqdarca azalması və qara ciyərdə protrombinin kifayət qədər əmələ gəlməməsi qanaxmaya kömək edir. Bağırsaq qanaxması xəstənin rənginin birdən-birə avazıması, nəbzin şiddətlə tezləşməsi, qan təzyiqinin düşməsi və temperaturun normal, ya subnormal dərəcəyə qədər enməsi şəklində təzahür edir. Bir neçə saatdan sonra bağırsağın boşalma vaxtından asılı olaraq xəstənin nəcisində təzə və ya dəyişilmiş (qara) qan qatışdığı tapılır. Hərgah xəstə qanaxmadan bir neçə saat sonra nəcis ifraz etmiş olarsa o, tünd, qara qətran rəngdə olur (melena). Bağırsaq qanaxması bir gün ərzində bir neçə dəfə və ya bir neçə gün dalbadal təkrar oluna bilər. Qanaxma şiddətli (500 ml qədər) və ya çox cüzi ola bilər ki, klinik simptomlar və qanaxmanm nəticəsi bununla müəyyən edilir.




Yüklə 150 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin