Körpə uşaqlarda dizenteriyanın klinikası. Uşaq həyatının birinci 2 ilində dizenteriyanın gedişində kifayət qədər aydm olmayan hemokolit sindromu ilə şiddətli ikincili toksikoz təzahürləri olur. Nəcisə qan qatışması xeyli seyrək təsadüflərdə müşahidə olunur. Kəskin dizenteriyası olan körpə uşaqlrda duru nəcisə həmişə selik qatışmasına baxmayaraq, o, çox vaxt nəcis xarakterini saxlayır və yaşımtraq rəng alır. Qarm köpür, düz bağırsağm sfinktoru çox vaxt parez olur, tenezmlər az-az müşahidə edilir. Orqanizmin kəskin susuzlaşması, anoreaksiya, uşağm arıqlaması və xəstəliyin uzun sürən gedişi klinik mənzərəni tamamlayır. Bir yaş uşaqlarda dizenteriya kolidispepsiya ilə birləşə bilər (qarışıq infeksiya) ki, bu da xəstədə halm çox ağırlaşmasma və mədə-bağırsaq traktına xronik davam edən zədələnməsinə səbəb olur.
Dizenteriya diaqnozunu qoyarkən epidemioloji məlumatı, laborator metodlarından istifadə etməklə xəstəliyin bütün klinik mənzərəsini mükəmməl analiz etmək lazımdır. Yoğun bağırsağın aşağı hissəsinin (25-30 sm) rektoromanoskop vasitəsi ilə müayinə edilməsi diaqnozun müəyyənləşdirilməsinə imkan verir. Rektoromanoskop düz və S-ə bənzər bağırsağa yeritmək üçün içərisində işıqlandırıcı kiçik elektrik lampası olan metal borucuq (tubus) ilə təchiz edilmiş optik alətdir. Birinci rektoromanoskopik müayinə ən kəskin əlamətlər keçdikdən sonra aparılır, 3-4 gündən sonra o təkrar edilir.
İlıq nəcis Petri kasalarında Ploskiryov mühitində və ya J-baktoaqarmda əkirlər. Xəstənin yatağı yanmda nəcis əkmək mümkün olmadıqda nəcis içərisində konservləşdirici qatışıq (qliserin əlavə edilmiş maqnezium-sulfat məhlulu) olan mibər borusuna götürülür. Bununla bərabər kənarları dəyirmi nazik şüşə çubuqla xəstənin düz bağırsağından götürülmüş nəcisi əkmək lazımdır. Mikroimalədən sonra düz və S-ə bənzər bağırsaqların yuyuntu suyunun əkilməsindən də istifadə etmək lazımdır. Laboratoriya bir gündən sonra təxmini-dizenteriya bakteriyalarının inkişaf edib-etməməsi barədə - 3 gündən sonra isə axırıncı (bakteriyaların növünü göstərməklə) cavabı verir.
Alimentar enterokolitlər orqanizmdə ümumi intoksikasiyanın və S-ə bənzər bağırsaq spazmanın olmasına görə təyin edilir.
Dostları ilə paylaş: |