Mövzu: Bağırsaq infeksiyaları. Baki – 2018 Plan


Uşaqların müalicə sxemləri



Yüklə 150 Kb.
səhifə11/16
tarix02.01.2022
ölçüsü150 Kb.
#37572
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
Bağırsaq infeksiyaları

Uşaqların müalicə sxemləri. Kəskin və xronik dizenteriyalı xəstə uşaqlarm müalicəsi də yaşlıların müalicə prinsipinə əsaslanır. Lakin xəstə uşaqlarm düzgün rejiminə xüsusi fikir vermək, onları yaxşı və düzgün qidalanma ilə təmin etmək lazımdır.

Kəskin dizenteriyanın müalicəsində aşağıdakı sxemlər işlədihr:



  1. Levomisetin: 3 yaşa qədər uşaqlar üçün gündəlik doza hər 1 kq çəkiyə 0,04 q (40 mq); 3 yaşından böyük uşaqların dozası isə 0,8-dən 1,2 q qədər götürülür.

  2. Sintomisin: 3 yaşa qədər uşaqlar üçün gündəlik doza hər 1 kq çəkiyə 0,08 q (80 mq); 3 yaşmdan böyük uşaqların gündəlik dozası isə 1,2-dən 2 q qədər götürülür.

v) Biomisin, tetrasiklin ya streptomisin: 3 yaşa qədər uşaqlar üçün gündəlik doza hər 1 kq çəkiyə 20 000-25 000 vahid, 3 yaşmdan böyük uşaqlar üçün gündəlik doza hər kq çəkiyə 25 000-35 000 vahid götürülür.

Müalicə tsikli 7 gündən az olmayaraq davam etdirilir.

Dizenteriya üzrə profilaktika tədbirləri yaşayış yerlərinin sanitariya

vəziyyətinin durmadan yüksəldilməsinə əhalinin mədəni vərdişlərinin

artmasma və maddi-məişət şəraitinin yaxşılaşmasma əsaslanır. Şəxsi

gigiyena qaydalarma ciddi nəzarət edilməsi: əllərin yuyulması, çiy tərəvəz və meyvələrin yeyiləndən qabaq üzərindən hökmən qaynanmış su axıdılması, ancaq qaynanmış suyun və südün içilməsi və s. tamamilə zəruridir.

Peyvənd profilaktikası (enteral və ya dərialtı vaksinaya) hələ kifayət qədər effektli olmamasma görə onun müstəqil tədbir kimi işlədilməsinin heç bir əhəmiyyəti olmayıb, ancaq ümumi profilaktika tədbirləri sistemini tamamlaya bilər. Hazırda dizenteriyaya qarşı təklif edilmiş bütün vaksinasiya metodlarının bilavasitə effektliyi haqqında heç bir sübut yoxdur, bunun nəticəsi olaraq müəlliflərin əksəri dizenteriyaya qarşı peyvənd aparılmasının məqsədəuyğun olmadığını etiraf edir.

Hepatit

Botkin xəstəliyi ümumi kəskin infeksion xəstəlik olub süzülən viruslar tərəfindən (enteral yol ilə yoluxma zamanı) törədilir; xəstəlik sporadik və kütləvi şəkildə rast gəlir, tsiklərlə keçir, sarılıq, qara ciyərin zədələnməsi, maddələr mübadiləsinin pozulması ilə müşayiət olunur.

Botkin xəstəliyinin törədicisi xüsusi növ süzülən viruslardır, onlar xüsusən sarılıqdan qabaqkı dövrdə və sarılıq dövrünün birinci 10-12 günlərində xəstənin qanında, ödündə və nəcisində olur. Süzülən virus xəstənin orqanizmindən nəcislə xaric olur. Botkin xəstəliyi törədicisinin təmiz kulturası indiyədək bir sıra başqa xüsusiyyətləri aydmlaşdırılmamışdır

Xəstəliyin törədicisi əsasən epitelial hüceyrələrdə artıb çoxalaraq birinci növbədə qara ciyərin parenximasını zədələyir. Virus xarici mühitin təsirlərinə (qurumaya, donmaya, bir sıra dezinfeksiyaedici dərmanların təsirinə) çox davamlıdır. Məsələn, 60° temperaturda virusun inaktivasiyası üçün 2-3 saatdan 4 saata qədər vaxt tələb olunur.

Botkin xəstəliyinin və inokulyasion sarılığı (və ya «şprislə yoluxan hepatit») eyni etiologiyah olması güman edilir. Sağlam şəxslərdə inokulyasiya sarılığı onlara bu və ya başqa peyvəndlər edərkən, vena daxilinə, dəri altma və ya əzələ içərisinə dərman maddələri vurarkən Botkin xəstəliyinin inkubasion dövründə olan və ya sarılıq dövrünün ən erkən günlərini keçirən xəstənin qanmdan və ya serumundan hətta az miqdarda belə parenteral yolla yeridilməsi zamanı törəyə bilir.




Yüklə 150 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin