Qara ciyər koması halı meydana çıxır. Bəzən qara ciyər koması xəbərdarlıq oyanma stadiyası olmadan başlanmır.
Komanın başlanğıc stadiyalarında xəstələrin əhvalı düşgün olur, qarabasmalar ola bilər; çox vaxt burundan diş ətindən, bağırsaqdan qanaxmalar müşahidə edilir; dəridə petexiyalar olur. Qara ciyər kiçilmiş, ağrılı olur. Qanda leykositoz olur, bilirubinin miqdarı yüksəlir. Nəfəs tezləşir, fasiləli olur.
Xəstənin ağzından özünəməxsus «qara ciyər» iyi gəlir, nəbz tezləşir, bəbəklər genəlir, qarın və vətər refleksləri enir ya tamamilə itir. Meningeal təzahürlər, ayrı-ayrı əzələlərdə qıcolma dartılmaları nəzərə aydın çarpır.
Epilepsiya formalı ürəkkeçmələr qeyri-adi sidik ifrazı və defeksiyası mümkündür.
Botkin xəstəliyi bəzən assit əmələ gəlməsi ilə keçir ödemli-assitli forma.
Dostları ilə paylaş: |