Müştərək müəssisələrin xarici bazarlara çıxış üsulları
Müştərək müəssisələr istehal etdikləri yüksək keyfiyyətli, rəqabətə davamlı məhsullarını (xidmətlərin) bir hissəsini xarici bazarlara çıxarmaq ücün müxtəlif üsullardan istifadə edirlər. Xarici bazara daxil olmağın müxtəlif mərhələlərində firma fərqli hərəkət kpmbinasıyalarından istifadə edə bilər, hansıki onlardan hər biri müxtəlif xərc, risk və iqtisadi səmərə ilə əlaqədardır.
Müştərək müəssisələr xarici bazarlara aşağıdakı yollarla daxil ola bilərlər:
Firanın xarici bazara daxil olması üçün müxtəlif strategiyadan istifadə edilir:
ixrac və ixrac kooperasiyası strategiyası;
kapital çıxarmadan müştərək sahibkarlığın müqavilə formaları;
birbaşa investisiyalaşdırma əsasında müştərək sahibkarlıq.
Tarixən beynəlxalq iqtisadi münasibətlər qarşılıqlı ticarət formasında , yəni idxal-ixrac əməliyyatları formasında qurulub və inkişaf edib. Buna görə də müəssisələrin əksəriyyəti qarşılıqlı ticarət kanalı vasitəsilə yeni xarici bazarlara daxil olublar. Lakin müasir dövrdə xarici bazarlara daxil olmağın “klassik” ardıcıllığı- ixrac, ticarət filiallarının açılması, istehsal müəssisələrinin yaradılması-ümumi qaydaya çevrilmişdir. Çox vaxt firmaxarici bazarlara daxil olarkən müxtəlif üsullardan: xarici ticarət, istehsal və elmi-texniki kooperasiya, müştərək müəssisənin yaradılması, xüsusi filialların açılması və s. üsullardan istifadə edir.
Araşdırmalar göstərir ki, lisenziyalaşdırılan istehsal firmanın xarici bazarlara daxil olmalarının ən ucuz və təhlükəsiz üsullarından biridir. Çox vaxt lisenziya firmanın xarici bazara çıxışı üçün yeganə üsul sayılır. Beynəlxalq bazarlarda lisenziyalaşdırılmış əməliyyatların iki əsas forması: xüsusi lisenziya sazişi və françayyzinq mövcuddur.