Mövzu beynəlxalq şİRKƏTLƏRİn xariCİ bazara inteqrasiyanin təŞKİlati formalari, onlarin xarakteri VƏ XÜsusiYYƏTLƏRİ


Konsern Şirkətlərin inteqrasiyalarının daha çox yayılmış təşkilati formalarından biri konserndi. Konsern



Yüklə 74,69 Kb.
səhifə3/18
tarix02.01.2022
ölçüsü74,69 Kb.
#35398
1   2   3   4   5   6   7   8   9   ...   18
movzu 4

Konsern

Şirkətlərin inteqrasiyalarının daha çox yayılmış təşkilati formalarından biri konserndi.



Konsern — investisiya, maliyyə, təbiəti mühafizə, xarici iqtisadi və digər müştərək fəaliyyətin, elmi-texniki və istehsalın inkişafı funksiyalarının könüllü mərkəzləşməsi əsasında fəaliyyəti və eləcə də müəssisələrin təsərüfat hesablı xidmətlərinin təşkilini həyata keçirən müstəqil müəssisələr birliyidir.

Formal olaraq müstəqil, üzərlərində maliyyə nəzarəti qoymaq yolu ilə bir sıra müəssisələri birləşdirən inhisardır. Burada nəzarət baş firmaya məxsusdur. Konsern adətən müxtəlif sənaye sahələrinin müəssisələrini, ticarət firmalarını, bankları, nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir. Müasir dövrdə trestlərin konsernə çevrilməsi geniş yayılmışdır. Konsern- kapitalda iştirakına, maliyyə əlaqələrinə, eyni maraqlarına görə, şəxsi uniyaları, patent-lisenziya əlaqələri, sıx istehsal əməkdaşlığa görə müstəqil müəssisələrin birləşməsidir.



Əsas xüsusiyyətləri:

  • Trest istisna olmaqla ən sərt inteqrasiya formasıdır

  • əsasən konsernlər istehsal xarakterli birləşməəri

  • konsernə daxil olan şirkətlər nominal olaraq səhmdar və dugər təsəsrrüft cəmiyyətlər formasında müstəqil hüquqi şəxs olsalar da faktiki olaraq vahid təsərrüfat rəhbərinə tabedilər

  • konsern çərçivəsində maliyyə-iqtisadi idarəetmə, elmi-texniki siyasətin aparılması, qiymətyaranma, istehsal güclərinin istifadəsi, kadr siyasəti mərkəzləşdirilib

  • konsernin baş şirkəti bir qayda olaraq xoldinq şirkəti şəklində qurulur (əsasən qarışıq xoldinq) yaxud qarşılıqlı əlaqəli assosiasiya cəmiyyətləri kimi

  • əsas fəaliyyəti istehsal olduğuna görə ana şirkəti də istehsal şirkəti olur və qız şirkətlərin səhmlərinə nəzarət paketinə sahiblənir.

İnteqrasiya əlaqələrin xarakterinə görə konsernlər 2 növə bölünür: üfüqi və şaquli.

Şaquli kosern- hazır məhsulun ardıcıl texnoloji - istehsal prosesində əlaqəli olan müxtəlif sahələr üzrə şirkətlərin birləşməsi (dağmədən hasili, metall və maşınqayırma)

Üfüqi- eyni məhsul istehsal edən və yaxud istehsalın eyni mərhələlərini yeriə yetirən bir sahədə fəaliyyət göstərən şirkətləri birləşdirən konserndi.

Konsernlərin fəaliyyət sferası iqtisadiyyatın ya hansısa altsahəsini ya da bütöv bir sahəni əhatə edə bilər. Ancaq bəzi iri konsernlər bütöv bir sahəni əhatə edirlər. Məsələn Almaniyada Siemens-elektrotexnika sənayesnii tam əhatə edir.

Konsernlər iqtisadiyyatın iri və kütləvi istehsl, yüksək texnologiyalar tətbiq olun sahələrində fəaliyyət göstərirlər. Əsasən qara və əlvan metallurgiya, maşınqayırma və avtomobilqayırma, kimiya və elektrotexnika sənayesini əhatə edirlər.

Kapitalda iştiraka görə konsernlər 2 növə bolünür: Tabe olan konsernlər bir qayda olaraq istehsalın texnoloji zəncirlə birləşməsi üçün əsas və törəmə şirkətləri formasında təşkil edilən konserndir



koordinasiya konsernləri isə- elə bir qaydada yaradılmış konserndir ki buraya daxil olan ayrı-ayrı şirkətlər ak­si­ya­ların mübadiləsini həyata keçirirlər. vahid maliyyə və və elmi-texniki siyasətin, şirkətlərin razılaşdırılmış istehsalının inkişafı, kadr siyasətinin aparılması və s. üçün yaradılır

Qız şirkətləri xaricdə yerləşən konsernlər beynəlxalq konsern adlandırılır. Belə şirkətlərin kapitalqoyuluşu transmilli və yaxud transkontinental ola bilər. İri konsernlər 10-100 qədər və daha çox , o cümlədən istehsal, maliyyə, satış, istehsal və s. firmaları. Məs. General Motors son zamanlara qədər ABŞ-da 126 zavod, - Kanadada13 açmışdır. Onun istehsal-satış bölmələri 36 və daha çox ölkədə yerləşir.




Yüklə 74,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin