3
qalareyası və s. Londona gələn turistlərin diqqətini cəlb edir. Şəhərin mərkəzində gözəl meydanlar çoxdur.
1805-ci ildə baş vermiş Trafalqar döyüşündə admiral Nelsonun (sütun 56 m, abidə 5 m) abidəsi ucalan
Trafalqar meydanı, Pikadilli, Hayd park, Kensinton, Qrin park, Ricent park və s. turistlərin diqqətini cəlb
edir. Turistlər adətən Kral VIII Henrixin iqamətgahı Hemptonkort sarayına və Fateh Vilhelm (XI əsr)
dövründə əsası qoyulan Vinzor sarayına qısa müddətli ekskursiya təşkil edirlər. Sarayda Rubens və
Vandeykin əsərləri, Leonardo da Vinçi, Rafael, Mikalancelonun rəsm və silah kolleksiyalarının sərgisi
yerləşir. Sarayın yanında 1440-cı ildə əsası qoyulmuş məşhur İton kolleci (varlı ailələrin uşaqları) yerləşir.
Dostları ilə paylaş: