4
Böyük Britaniya bütün dövrlərdə turizm sənayesinin artımı və inkişafı, əhalinin sayından deyil onun
struktur dəyişikliyindən və istirahəti keçirmək və adət ənənələrindən asılı olmuşdur.
Xarici turizmin yüksək iqtisadi effektliyi Böyük Britaniyanın turizm əlaqələri üçün səciyyəvidir. Bu ilk öncə
onu göstərir ki, qəbul edilən hər əcnəbi turist
müqabilində ölkənin gəliri, xarici ölkələrə səyahət edən
turistlərin xərclərindən xeyli çoxdur.
Xarici turizm Böyük Britaniya üçün valyutanın ölkəyə daxil olmasının mühüm mənbəyidir. Bu daxil
olma ölkənin ixrac mənbələri siyahısında maşınqayırma, nəqliyyat avadanlığı və elektrotexnika məhsulunun
daxil olmalarından sonra dördüncü yeri tutur. Perspektivdə Böyük Britaniyanın
beynəlxalq turizm
əlaqələrinin fəallaşması və əcnəbi turistlərin axarının artması gözlənilir. Bunun üçün ölkənin yaxşı zəmin,
şəraiti vardır.
Dostları ilə paylaş: